Lənkəranda ötən axşam döyülərək komaya düşən 2010-cu il təvəllüdlü E.İbadova ağır xəsarət yetirməkdə şəxsin kimliyi məlum olub.
Kərgəlan kəndində E.İbadova ağır xəsarət yetirməkdə şübhəli bilinən İ.B polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Lənkəranda gənclər arasında dava bir nəfərin komaya düşməsinə səbəb olub.
Hadisə Kərgəlan kəndində baş verib.
Kənd sakini 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb.
Mübahisə zəminində onlardan biri E.İ.-ni döyərək, başı üstə yerə çırpıb.
Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllədaxili travma diaqnozu qoyulub. E.İbadov reanimasiya şöbəsinə yerləşdirilib, süni tənəffüs aparatına qoşulub.
Faktla bağlı araşdırma aparılır./NOCOMMENT.az














