Cümə, Sentyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Xilaskar” Samvel həbsdən Paşinyanı HƏDƏLƏDİ – Bakı da onu axtarır…

18/09/2026 12:55
Dünya, Siyasət
819 8
“Xilaskar” Samvel həbsdən Paşinyanı HƏDƏLƏDİ – Bakı da onu axtarır…
685
Paylaşım sayı
951
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

“Nikol Paşinyanı Ermənistanın Baş naziri vəzifəsindən uzaqlaşdırmaq üçün ağıllı bir insana ehtiyac var. Və belə bir insan artıq mövcuddur”.

Bu sözləri erməni əsilli rusiyalı oliqarx, “Güclü Ermənistan” partiyasının lideri, bu gün ev dustaqlığı daha iki aylığına uzadılan Samvel Karapetyan deyib.

Bəs o “xilsakar” görəsən kimdir? Karapetyan erməni jurnalistləri çox intizarda saxlamayıb və bildirib ki, söhbət elə onun özündən gedir.

“Mən bir neçə dəfə demişəm: nə lazımdırsa, edəcəyik. Görürəm ki, siz və mən bunu həyata keçirmək üçün çox tələsirik. Gəlin hər şeyi sakitcə yoluna qoyub bitirək. Bəli, təəccüblənə bilərsiniz, amma bu mənəm. Növbəti baş nazir mən olacağam, siz də alqışlayacaqsınız, Paşinyan da alqışlayacaq”, – Moskvanın “desantı” özündən razı şəkildə bəyan edib…

Əvvəla, baş nazir olmaq üçün həbsdən çıxmaq lazımdır. Karapertyan isə Rusiya və onun lideri Vladimir Putinin Baş nazir Nikol Paşinyana bunca göz ağartmasına, təzyiq-təhdidinə, rəğmən, hələ də içəridədir. Bu harasıdır, Paşinyan Moskvaya bağlı digər odioz siyasi fiqurları – keçmiş prezident, Xocalı qatili Robert Köçəryanı və Qaqik Tsarukyanı da həbsə atıb.

İkincisi, Karapetyan ikili-üçlü vətəndaşlığa (Rusiya, yunan Kipri) malikdir. Bu da mövcud konstitusiyaya əsasən onun baş nazirliyə iddiasını qeyri-qanuni edir. Şəkk-şübhəsiz, yeni konstitusiyada bu məsələ bir az da sərtləşdiriləcək.

Nəhayət, üçüncü, bəllidir ki, təzə parlamentdə əsas səs çoxluğu hakim partiyaya məxsusdur. Küçə etirazları ilə də hakimiyyət dəyişikliyinə nail olmaq mümkünsüzdür. Son illərin təcrübəsi göstərir ki, radikal müxalifət meydanlara 10-15 mindən artıq etirazçı yığa bilmir. Paşinyan isə əksinə, dəfələrlə sübut olunub ki, istədiyi vaxt bundan qat-qat çox tərəfdar ortaya çıxara bilər…

Erməni müxalifətinin seçki iddiaları rədd edildi - QƏRAR

Ötə yandan, 7 iyun seçkiləri Baş nazirin əlini əməllicə gücləndirib. Nəticələr eyni zamanda, müxalifətə öz yerini göstərib. Söz düşmüşkən, Paşinyanın partiyası İkinci Qarabağ müharibəsindən sonra (2021) da, Qarabağda antiterror əməliyyatından sonra (2026) da parlament seçkilərini udub. İki dəfə! Bu, kifayət qədər ciddi mesajdır. O anlamda ki, Ermənistan əhalisinin əksəriyyəti artıq müharibədən yorulub, onu arzulamır.

Hər halda mövcud mənzərə bunu deyir. Karapetyan daxil, Rusiyaya bağlı radikal qüvvələr, o cümlədən erməni kilsəsi isə mövcud konstitusiyamın dəyişdirilməsinə, Azərbaycan və Türkiyə ilə beynəlxalq hüquq normaları əsasında sivil qonşuluq əlaqələri qurulmasına qarşıdır. Təsadüfi deyil ki, Paşinyan Karapetyanın, Köçəryanın və Tsarukyanın təşkilatlarını “üçbaşlı müharibə partiyası” adlandırmış, onları həbslə hədələmişdi.

Elə də oldu. Hazırda onların üçü də istintaq altındadır. Amma gəl ki, keçən müddətdə ölkədə nə Baş nazirlik xəyalında olan Samvel Karapetyanın, nə də digər ikisinin müdafiəsi üçün bircə izdihamlı aksiya, mitinq belə keçirilməyib. Çünki elektoratları zəifdir, yetərli deyil…

Nikol da bunu yaxşı bildiyi üçün öz işindədir. Stəkanda “fırtına” qoparmaqla deyil ki. Doğru, konkret olaraq Karapertyanın özü hakimiyyətdə olmayıb. Köçəryan kimi o, daha qanlı cinayətkar keçmişə də malik deyil – hərçənd, 44 günlük müharibə zamanı Rusiyadan Qarabağa qanunsuz silah tədarükü ilə məşğul olduğu üçün Azərbaycan onun haqqında cinayət işi açaraq axtarışa verib.

Məlum, Paşinyan da “süddən çıxmış ağ qaşıq” deyil, Məsum-zad heç sayılmaz. Bunu da bilirik. Amma və lakin yenə o, Azərbaycan və Türkiyə ilə konfrontasiyanı davam etdirməyin axmaqlıq olduğunu anlayır. Barışıq yolunda cəhdlər edir, bəzi başqa müsbət işlər görür, sülh müqaviləsini paraflayıb və s. Onun rəqibləri isə bunun tam əksini edir, öz soydaşlarını bölgəyə fəlakət gətirmiş bir yola sürükləmək istəyirlər.

Ondansa, elə içəridə çürüsələr yaxşıdır…//musavat.com

Oxşarxəbərlər

“Rusiyaya deyir ki, nökərin olum” – Paşinyanın planı açıqlandı
Dünya

“Rusiyaya deyir ki, nökərin olum” – Paşinyanın planı açıqlandı

18/09/2026 12:58
951
Türk dünyasının gənclərinə İlham Əliyevdən mühüm çağırış
Manşet

Türk dünyasının gənclərinə İlham Əliyevdən mühüm çağırış

18/09/2026 12:24
951
Qardaş ölkə İranı hədələdi – Dayandırın, əks halda savaşa girəcəyik!
Dünya

Qardaş ölkə İranı hədələdi – Dayandırın, əks halda savaşa girəcəyik!

18/09/2026 11:15
952
Hikmət Hacıyev Dirk Lölke ilə müzakirə apardı
Dünya

Hikmət Hacıyev Dirk Lölke ilə müzakirə apardı

18/09/2026 10:55
952
Paşinyan Əliyevə bu VƏDİ də verdi – Bakıdan REAKSİYA
Manşet

Paşinyan Əliyevə bu VƏDİ də verdi – Bakıdan REAKSİYA

18/09/2026 10:50
955
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü
Dünya

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Nazirlikdən pensiyalarla bağlı açıqlama:10 faiz (488 milyon manat) çox olmaqla..

Nazirlikdən pensiyalarla bağlı açıqlama:10 faiz (488 milyon manat) çox olmaqla..

18/09/2026 13:34
951
“Rusiyaya deyir ki, nökərin olum” – Paşinyanın planı açıqlandı

“Rusiyaya deyir ki, nökərin olum” – Paşinyanın planı açıqlandı

18/09/2026 12:58
951
“Xilaskar” Samvel həbsdən Paşinyanı HƏDƏLƏDİ – Bakı da onu axtarır…

“Xilaskar” Samvel həbsdən Paşinyanı HƏDƏLƏDİ – Bakı da onu axtarır…

18/09/2026 12:55
951
Məşhur aktyor “Kızılcık şerbeti”nə qatıldı – FOTO

Məşhur aktyor “Kızılcık şerbeti”nə qatıldı – FOTO

18/09/2026 12:52
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
953

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
955

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
959

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
960

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.