Cümə, Sentyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Vətən müharibəsi iştirakçısı həmin günlərdən DANIŞDI: “Biz yeganə xalqıq ki…”

18/09/2026 15:46
CƏMİYYƏT
779 49
Vətən müharibəsi iştirakçısı həmin günlərdən DANIŞDI: “Biz yeganə xalqıq ki…”
685
Paylaşım sayı
952
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

27 sentyabr – Azərbaycanın müasir tarixinin ən mühüm və taleyüklü səhifələrindən birinin başlanğıcıdır. 2020-ci ilin bu günündə başlayan Vətən müharibəsi 44 gün ərzində xalqımızın illər boyu gözlədiyi Zəfərlə nəticələndi. Azərbaycan Ordusunun şücaəti, hərbçilərimizin qəhrəmanlığı, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına ərazi bütövlüyümüzün bərpası istiqamətində tarixi dönüş baş verdi.

Bu tarix Azərbaycan xalqının yaddaşında həm böyük qürur, həm də ağır itkilərin hüznü ilə yaşayır. Vətən müharibəsi təkcə döyüş meydanında qazanılmış hərbi qələbə deyil, həm də uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların qayıdış ümidlərinin gerçəyə çevrilməsi oldu. İşğaldan azad edilən ərazilərdə illər ərzində dağıdılmış şəhər və kəndlərin, tarixi-mədəni irs nümunələrinin, dini abidələrin və təbiətin məruz qaldığı zərərin aradan qaldırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Yeni yolların, yaşayış məntəqələrinin, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin inşası ilə Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində isə keçmiş məcburi köçkünlərin illər sonra doğma yurdlarına qayıdışı davam edir. Bu gün həmin torpaqlara səfər edən insanlar vaxtilə yalnız xatirələrdə yaşatdıqları şəhər və kəndləri yenidən görür, illər əvvəl ayrıldıqları yurdlarının dəyişməsinə şahidlik edirlər. Lakin bu torpaqları işğal illərində deyil, müharibənin ən ağır günlərində görənlər üçün Qarabağdakı bugünkü mənzərənin xüsusi mənası var. Səngərdən, döyüş meydanından keçərək torpaqların azadlığı uğrunda mübarizə aparan Vətən müharibəsi iştirakçıları üçün bu dəyişiklik yalnız quruculuq prosesi deyil, həm də uğrunda mübarizə apardıqları Zəfərin real nəticəsidir.

İLHAM ESGER.jpg (246 KB)

Bəs 27 sentyabr yaxınlaşdıqca Vətən müharibəsinin iştirakçıları hansı hissləri keçirirlər? Döyüş günlərində işğal altında olan torpaqlarımızı hansı vəziyyətdə görüblər? Bu gün həmin ərazilərdə aparılan bərpa və quruculuq işləri, insanların öz yurdlarına qayıdışı onlarda hansı duyğuları yaradır?

Vətən müharibəsinin iştirakçısı, qazi Natiq Mehdiyev Musavat.com-a açıqlamasında bu suallara cavab verib, müharibə günlərindən, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdən və bu gün həmin torpaqlarda baş verən dəyişikliklərdən danışıb.

WhatsApp Image 2026-09-18 at 14.43.44.jpeg (47 KB)

Qeyd edək ki, Vətən müharibəsinin iştirakçısı, qazi Natiq Vəli oğlu Mehdiyev 10 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2020-ci il Vətən müharibəsi zamanı Tərtər-Qapanlı istiqamətində gedən döyüş tapşırığında ağır yaralanıb. Hazırda II qrup, ömürlük əlilliyi var. Qazimiz III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, həmçinin 90, 95 və 100 illik medallarla təltif olunub.

27 sentyabr yaxınlaşdıqca keçirdiyi hisslərdən danışan Natiq Mehdiyev bildirib ki, Vətən müharibəsinin başlanması Azərbaycan xalqında fərqli hiss yaradıb:

“Biz yeganə xalqıq ki, müharibənin başlanmasına sevinirik, qurtarmasına yox. 6-7 il bundan əvvəl bütün dövlət tədbirlərində, çıxışlarımızda ilk sözümüz bu olurdu: “İnşallah, Qarabağda, inşallah, Qarabağda…” Şükür Allaha, artıq onu demirik. Bu gün Qarabağımız artıq bizdədir və əvvəlkindən də yaxşı, güllü-çiçəkli vəziyyətdədir”.

Qazi vurğulayıb ki, bu gün Qarabağa əvvəlki kimi döyüş, səngər və təhlükə şəraitində deyil, Zəfər yolu ilə rahat şəkildə getmək mümkündür. Onun sözlərinə görə, bu gün insanlar öz avtomobilləri və digər nəqliyyat vasitələri ilə Qarabağa gedir, doğma torpaqları həm özləri, həm də övladları ilə ziyarət edirlər:

“Qarabağa Zəfər yolu ilə, rahat şəkildə öz nəqliyyat vasitələrimizlə gedirik. Şəhidlərimizin, qazilərimizin bizə bəxş etdiyi Zəfər yolu ilə artıq rahat gedib öz Qarabağımızı həm özümüz, həm də övladlarımızla ziyarət edirik”.

Qazi Vətən müharibəsində iştirak edən, şəhid olan və yaralanan hərbçilərlə fəxr etdiyini bildirib:

“Şəhidlər Azərbaycanın qürur mənbəyi, qazilər isə Vətən qarşısında xidmət göstərmiş insanlardır. Başda Ali Baş Komandanımız olmaqla, əsgərlərimizlə, şəhidlərimizlə, qazilərimizlə hər birimiz qürur duyuruq, fəxr edirik. Şəhidlər bizim başımızın tacıdır. Onlar bizim qürur mənbəyimizdir. Qazilərimiz də onlar kimi. Qarabağı bizə qaytardıqları üçün onlara borcluyuq”.

Oxşarxəbərlər

Toy və yasda dəbdəbəyə cərimə gəlir? – RƏSMİ AÇIQLAMA
CƏMİYYƏT

Toy və yasda dəbdəbəyə cərimə gəlir? – RƏSMİ AÇIQLAMA

18/09/2026 17:01
951
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi
CƏMİYYƏT

AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi

18/09/2026 16:18
953
Nazir prorektoru vəzifəsindən AZAD ETDİ – FOTO
CƏMİYYƏT

Nazir prorektoru vəzifəsindən AZAD ETDİ – FOTO

18/09/2026 16:10
961
Sakinlər bu icra başçısına qarşı etiraza başladı – Sosial şəbəkədə elə şeylər yazdılar ki…
CƏMİYYƏT

Sakinlər bu icra başçısına qarşı etiraza başladı – Sosial şəbəkədə elə şeylər yazdılar ki…

18/09/2026 15:49
951
Sentyabrın 21-dək bunu etməyənlər 40 manat CƏRİMƏ EDİLƏCƏK
CƏMİYYƏT

Sentyabrın 21-dək bunu etməyənlər 40 manat CƏRİMƏ EDİLƏCƏK

18/09/2026 15:45
956
“Göz yaşları yanaqlarından süzülürdü” – Tanınmış cərrah xərçənglə mübarizəsindən yazdı
CƏMİYYƏT

“Göz yaşları yanaqlarından süzülürdü” – Tanınmış cərrah xərçənglə mübarizəsindən yazdı

18/09/2026 15:44
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rəsmi Bakıdan Fransaya – ÇAĞIRIŞ

Rəsmi Bakıdan Fransaya – ÇAĞIRIŞ

18/09/2026 17:19
951
Toy və yasda dəbdəbəyə cərimə gəlir? – RƏSMİ AÇIQLAMA

Toy və yasda dəbdəbəyə cərimə gəlir? – RƏSMİ AÇIQLAMA

18/09/2026 17:01
951
Moskvadan Tokioya ŞOK XƏBƏRDARLIQ: “Raketləri təcili adadan çıxarın”

Moskvadan Tokioya ŞOK XƏBƏRDARLIQ: “Raketləri təcili adadan çıxarın”

18/09/2026 16:33
951
Tünzalə ilə Nəsimidən romantik duet – VİDEO

Tünzalə ilə Nəsimidən romantik duet – VİDEO

18/09/2026 16:20
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
954

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
957

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
960

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
960

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.