Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanın Kyuşu adasında ABŞ-nin “Typhon” orta mənzilli yerüstü raket komplekslərinin yerləşdirilməsi ilə bağlı Tokioya rəsmi etiraz notası təqdim edib.
Gündəm24.az musavat.com-a istinadən xəbər verir ki, Rusiya diplomatik korpusu bu addımı qətiyyətlə pisləyib və sözügedən silahların dərhal ərazidən çıxarılmasını tələb edib.
Rusiya XİN-dən bildirilib ki, ABŞ-yə məxsus raket sistemlərinin Rusiyanın Uzaq Şərq sərhədlərinin birbaşa yaxınlığında peyda olması ölkənin milli təhlükəsizliyinə birbaşa təhdid yaradır və bütün Asiya-Sakit okean regionunda gərginliyi artırır. Moskva xəbərdarlıq edib ki, yaranan təhlükəsizlik risklərini neytrallaşdırmaq üçün cavab xarakterli hərbi-texniki tədbirlər görmək hüququnu özündə saxlayır.














