Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Moskva görüşü ərəfəsi görün nələr dedi

21/09/2026 10:03
Dünya, Siyasət
794 42
Moskva görüşü ərəfəsi görün nələr dedi
692
Paylaşım sayı
961
Baxış sayı

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlər barədə son açıqlamaları İrəvanın Moskva siyasətindəki ziddiyyətləri bir daha üzə çıxarıb. Paşinyan bir tərəfdən Ermənistanın Rusiya ilə münasibətlərinin əvvəlki kimi qala bilməyəcəyini deyir, digər tərəfdən isə ölkəsinin ən mühüm strateji layihələrindən birində – dəmir yolunda – Moskvanın mövqeyinin nəzərə alınmasını istəyir. Bununla da İrəvanın Rusiyaya münasibətində “uzaqlaşma, amma tam qopma” siyasəti daha aydın görünür.

Gündəm24.az musavat.com-a istinadən xəbər verir ki, Paşinyan “Bun TV”yə müsahibəsində Ermənistan-Rusiya münasibətlərinin dəyişməsinin konkret şəxslərlə bağlı olmadığını bildirib. Onun sözlərinə görə, Ermənistan artıq münaqişə şəraitində deyil və buna görə də Moskva ilə İrəvan arasında münasibətlər əvvəlki məzmununu itirməlidir. Baş nazir eyni zamanda Rusiyanın Ermənistan üçün rəqibə çevrilmədiyini nümayiş etdirməyə çalışaraq bildirib ki, İrəvan Moskva ilə konflikt və mübahisə aparmaq niyyətində deyil və münasibətləri dərinləşdirmək istəyir.Məhz bundan sonra Paşinyanın açıqlamalarında maraqlı ziddiyyət ortaya çıxır.

 

Paşinyan: Əsas diqqətimizi Azərbaycana yönəltmişik

Ermənistan rəhbəri ölkəsinin dəmir yollarının Rusiyanın idarəçiliyində olmasından danışaraq Moskva ilə Qərb arasındakı qarşıdurmanın Ermənistanın maraqlarına mənfi təsir göstərdiyini deyir. Onun fikrincə, Rusiya ilə Qərbin münasibətlərindəki gərginlik Ermənistanın beynəlxalq nəqliyyat layihələrindən kənarda qalmasına səbəb ola bilər.Başqa sözlə, Paşinyan Rusiyanın Ermənistanın dəmir yolu sistemindəki rolundan narahatlığını ifadə edir, amma həmin sistemin inkişafı məsələsində Moskvanın mövqeyini və imkanlarını nəzərə almağa məcburdur.Bu, İrəvanın xarici siyasətindəki əsas paradoksu göstərir: Ermənistan Rusiyadan siyasi məsafə saxlamaq istəyir, lakin Moskvanın nəqliyyat və infrastruktur sahəsindəki rolunu bir anda aradan qaldıra bilmir.Paşinyan hətta açıq şəkildə deyib ki, Ermənistan dəmir yollarının kimin mülkiyyətində olmasına prinsipial yanaşmır. Onun üçün əsas məsələ Rusiyanın Qərblə qarşıdurmasının Ermənistanın maraqlarına mane olmamasıdır. Burada artıq məsələ təkcə dəmir yolundan deyil, Ermənistanın özünü regionda yeni nəqliyyat xəritəsinin mərkəzinə çıxarmaq cəhdindən gedir.

Paşinyan Azərbaycanla sülhün və “Tramp yolu” adlandırdığı layihənin Ermənistan üçün beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya imkanı yaratdığını bildirir. İrəvan bu imkanın reallaşması ilə Ermənistanın uzun illər davam edən regional təcriddən çıxa biləcəyini düşünür. Lakin eyni vaxtda Moskvanın idarə etdiyi dəmir yolu infrastrukturu və Rusiya-Qərb qarşıdurması Ermənistanın qarşısına yeni suallar çıxarır. Beləliklə, Paşinyanın qarşısında kifayət qədər mürəkkəb seçim dayanır: Qərbin təqdim etdiyi yeni imkanlardan istifadə etmək, lakin Rusiyanın Ermənistan ərazisindəki iqtisadi və infrastruktur təsirini də nəzərə almaq.

İrəvanın Moskva ilə münasibətlərindəki ikili yanaşmanın başqa bir nümunəsi isə Ermənistan metrosudur. Paşinyan “Açapnyak” metro stansiyasının tikintisində Rusiyanın Ermənistan üçün ən əlverişli tərəfdaşlardan biri ola biləcəyini söyləyib. Baş nazirin sözlərinə görə, Ermənistan metrosunun əvvəlki layihələri Rusiya texniki imkanları ilə həyata keçirildiyindən yeni layihədə də Moskvanın iştirakı prosesi asanlaşdıra bilər. Bu məqam xüsusilə diqqətçəkəndir. Çünki Paşinyan Rusiyanın siyasi təsirindən narahatlığını ifadə etdiyi halda, Rusiyanın texniki və iqtisadi imkanlarından yararlanmaq istəyir. Yəni məsələ Moskvanın Ermənistan üçün lazım olub-olmaması deyil. Məsələ Ermənistanın Rusiyanın imkanlarından istifadə edərək siyasi baxımdan ondan mümkün qədər uzaqlaşmağa çalışmasıdır.

Paşinyanın siyasətinin mahiyyəti də məhz burada üzə çıxır. İrəvan bir tərəfdən Qərbə inteqrasiya imkanlarını genişləndirir, digər tərəfdən Rusiya ilə bütün körpüləri yandırmaqdan çəkinir. Çünki Ermənistan iqtisadiyyatında, enerji sektorunda, nəqliyyat sistemində və müxtəlif strateji sahələrdə Rusiyanın uzun illər ərzində formalaşmış mövqeyi var. Bu səbəbdən Paşinyanın “Rusiya ilə münasibətləri dərinləşdirəcəyik” deməsi təsadüfi səslənmir. Bu, həm də Moskva qarşısında müəyyən təminat əldə etmək cəhdidir. Xüsusilə qarşıdakı Putin-Paşinyan görüşü fonunda bu açıqlamalar daha əhəmiyyətli görünür. Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşən Vladimir Putin Paşinyanı Moskvaya dəvət edib. Səfərin konkret tarixi hələ açıqlanmasa da, onun yaxın vaxtlarda baş tutacağı bildirilir. Deməli, Paşinyan Moskva səfəri ərəfəsində bir tərəfdən Rusiyaya “Ermənistan sizinlə düşmənçilik etmək istəmir” mesajı göndərir, digər tərəfdən isə “Rusiya-Qərb qarşıdurmasının Ermənistanın maraqlarına zərər vurmasına imkan verməyin” deyə tələb irəli sürür.

 

Bizə qələbə lazımdır - Putin

Paşinyanın Ermənistan Apostol Kilsəsi ilə bağlı mövqeyi də onun daxili siyasətdə paralel şəkildə apardığı dəyişikliklərin göstəricisidir. Baş nazir kilsənin yalnız katolikosdan ibarət olmadığını bildirərək dindar icmanın kilsənin idarə edilməsində daha çox rol almasını nəzərdə tutan qanunvericilik dəyişikliklərindən danışıb. Beləliklə, Paşinyanın son müsahibəsində həm xarici, həm də daxili siyasətin əsas istiqamətləri bir araya gəlir: Rusiyadan siyasi məsafə, Qərblə nəqliyyat və inteqrasiya imkanlarının genişləndirilməsi, eyni zamanda Moskvanın iqtisadi və texniki imkanlarından istifadə və kilsənin daxili təsirinin yenidən müəyyənləşdirilməsi. Azərbaycan baxımından isə ən diqqətçəkən məqam Ermənistanın artıq regiondakı yeni reallıqları qəbul etməsidir. Paşinyan özü etiraf edir ki, Azərbaycanla sülh və yeni nəqliyyat imkanları Ermənistan qarşısında əvvəllər mövcud olmayan perspektivlər açır.

İndi İrəvan həmin imkanlardan istifadə etməklə yanaşı, Moskva ilə münasibətlərini də qorumağa çalışır. Buna görə Paşinyanın Moskva siyasətini bir cümlə ilə ifadə etmək lazım gəlsə, bunu belə demək olar: Rusiyadan siyasi məsafə – Rusiyanın imkanlarından isə maksimum istifadə. Məhz Paşinyanın Moskva ilə “ikili oyunu”nun əsas mahiyyəti də bundan ibarətdir.

Oxşarxəbərlər

Hörmüz boğazı yaxınlığında daha bir tankerə hücum edildi
Dünya

Hörmüz boğazı yaxınlığında daha bir tankerə hücum edildi

21/09/2026 20:24
953
İran hədələdi: “Müharibənin coğrafiyasını dəyişəcəyik”
Dünya

İran hədələdi: “Müharibənin coğrafiyasını dəyişəcəyik”

21/09/2026 20:00
959
Putinin partiyası qalib gəldi
Dünya

Putinin partiyası qalib gəldi

21/09/2026 19:43
955
Zelenski Rusiya ilə bağlı şərt qoydu: “Bu baş verərsə…”
Dünya

Zelenski Rusiya ilə bağlı şərt qoydu: “Bu baş verərsə…”

21/09/2026 19:28
955
ABŞ-İran savaşında təhlükəli dönüş
Dünya

ABŞ-İran savaşında təhlükəli dönüş

21/09/2026 17:42
953
Tehran Vaşinqtona şərtlərini göndərdi – Tramp Pezeşkianla görüşür
Dünya

Tehran Vaşinqtona şərtlərini göndərdi – Tramp Pezeşkianla görüşür

21/09/2026 17:31
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO

“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO

21/09/2026 21:04
965
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

21/09/2026 20:53
956
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı

Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı

21/09/2026 20:39
954
Hörmüz boğazı yaxınlığında daha bir tankerə hücum edildi

Hörmüz boğazı yaxınlığında daha bir tankerə hücum edildi

21/09/2026 20:24
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.