Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) yeni təyinat olub.
Bununla bağlı İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Eminbəy Zeynalov İRİA-nın Brend və marketinq kommunikassiyaları departamentinin müdiri vəzifəsinə təyin olunub.
O, bu təyinata qədər GoldenPay, COP29 Azerbaijan, Maverick, Avromed Company CJSC, Azercell Telecom LLC, McCANN Baku şirkətlərində çalışıb./İqtisadiyyat.az/















