Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)

21/09/2026 19:21
CƏMİYYƏT, Manşet
848 8
Avtobuslar artırıldı, camaat yenə yollarda qaldı – Səbəb RƏSMİ AÇIQLAMADA (FOTO)
708
Paylaşım sayı
984
Baxış sayı

Bakıda ictimai nəqliyyatda avtobusların sayı artırılsa da, sərnişinlərin dayanacaqlarda uzun müddət gözləməsi problemi hələ də aradan qalxmayıb. Əksinə, son günlər, xüsusilə səhər saatlarında bir sıra marşrutlarda intervalların uzanması və avtobuslarda yaranan texniki problemlər sərnişinlərin gündəlik hərəkətini çətinləşdirir. Bəs Bakı şəhərində marşrut xətlərinə rekord sayda – 2530 avtobus cəlb edildiyi açıqlanırsa, niyə sərnişinlər hələ də 30-40 dəqiqə avtobus gözləməli olurlar? Avtobusların sayının artırılması intervalların azalmasına niyə hər zaman gətirib çıxarmır?

Bu gün də həmin istiqamətdə hərəkət edən avtobuslardan birinin yolda xarab olması sərnişinlərin yolunu yarımçıq qoyub. Avtobusdan düşən sərnişinlər təxminən 20 dəqiqə piyada getməli olublar. Belə hallar avtobusların sayından əlavə, onların texniki vəziyyəti və xətt üzrə hərəkətin operativ idarə olunması məsələsini də gündəmə gətirir.

Musavat.com-a daxil olan şikayətlərə görə, xüsusilə səhər pik saatlarında bəzi marşrut avtobuslarının hərəkətində ciddi gecikmələr yaşanır. Sakinlərdən biri 6 nömrəli marşrut avtobusunu 1 saylı “ASAN xidmət” mərkəzinin yaxınlığındakı dayanacaqda 40 dəqiqədən çox gözləməli olduğunu bildirib. Sərnişinlərin sözlərinə görə, avtobusların intervallarının pozulması və yaranan sıxlıq səbəbindən insanlar işə və digər ünvanlara vaxtında çata bilmirlər.

WhatsApp Image 2026-09-21 at 19.11.13.jpeg (116 KB)

Bu vəziyyət bir tərəfdən paytaxtda ictimai nəqliyyata tələbatın artdığını, digər tərəfdən isə marşrutların real sərnişin axınına uyğun idarə olunması məsələsini gündəmə gətirir. Yol-nəqliyyat infrastrukturunda aparılan dəyişikliklər, yeni marşrutların təşkili və avtobus parkının genişləndirilməsi fonunda sərnişinlər daha rahat və proqnozlaşdırılan nəqliyyat xidməti gözləyirlər. Lakin avtobusların gecikməsi və dayanacaqlarda uzun növbələrin yaranması bu gözləntilərin tam qarşılanmadığını göstərir.
Məsələ ilə bağlı Musavat.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib.

AYNA-nın mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirib ki, Bakı şəhərində ilk dəfə olaraq rekord sayda – 2530 avtobus marşrut xətlərinə cəlb edilib. Bununla yanaşı, metro xətlərinin ayrılması layihəsi çərçivəsində 8 ekspres təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib.

AYNA rəsmisinin sözlərinə görə, marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı bəzən intervalların artmasına səbəb ola bilir. “Marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı bəzən intervalların artmasına səbəb ola bilir. Hazırda AYNA-nın Sərnişin Daşımalarının Monitorinq Mərkəzi tərəfindən avtobusların intervalı izlənilir və vəziyyətə nəzarət edilir. Eyni zamanda avtobusların hərəkət sxemi üzrə rahat hərəkət edə bilməsi üçün polis orqanları ilə birgə fəaliyyət göstərilir”, – deyə Tural Orucov bildirib.

Beləliklə, avtobusların sayının artırılması ilə yanaşı, onların xətt üzrə fasiləsiz və vaxtında hərəkətinin təmin edilməsi, texniki nasazlıqlar zamanı əvəzedici avtobusların operativ xəttə buraxılması və nəqliyyat sıxlığının marşrut intervallarına təsirinin minimuma endirilməsi məsələsi də aktuallığını qoruyur.

Oxşarxəbərlər

TƏCİLİ! Prezident onları əfv etdi – Siyahı
Manşet

TƏCİLİ! Prezident onları əfv etdi – Siyahı

23/09/2026 11:27
969
DYP “Formula 1″lə əlaqədər sürücülərə müraciət etdi
CƏMİYYƏT

DYP “Formula 1″lə əlaqədər sürücülərə müraciət etdi

23/09/2026 11:11
953
“28 May”-“Nizami” arasında nə dəyişəcək? – Detallar açıqlandı
CƏMİYYƏT

“28 May”-“Nizami” arasında nə dəyişəcək? – Detallar açıqlandı

23/09/2026 10:08
956
Bu qidalara sertifikat TƏLƏB OLUNACAQ?
CƏMİYYƏT

Bu qidalara sertifikat TƏLƏB OLUNACAQ?

23/09/2026 09:53
959
Bakıda cərimələnən klinikanın rəhbəri danışdı – VİDEO
CƏMİYYƏT

Bakıda cərimələnən klinikanın rəhbəri danışdı – VİDEO

23/09/2026 09:43
954
Azərbaycanda evdən işləməklə bağlı qərar verilə bilər
CƏMİYYƏT

Azərbaycanda evdən işləməklə bağlı qərar verilə bilər

23/09/2026 09:11
964

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Uzun illərdən sonra efirə qayıdır

Uzun illərdən sonra efirə qayıdır

23/09/2026 12:09
954
Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

23/09/2026 12:02
952
Yanan maşındakı ata-oğulu son anda xilas etdilər – VİDEO

Yanan maşındakı ata-oğulu son anda xilas etdilər – VİDEO

23/09/2026 12:01
954
Bir neçə aya 16 kiloqram arıqlayıb

Bir neçə aya 16 kiloqram arıqlayıb

23/09/2026 11:58
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.