Gündəm24.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucuovun FED.az-a verdiyi məlumata görə, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeydə alınıb. Burada mənzillərin maksimal qiyməti 19 000 manat/kv.m təşkil edir.
İkinci ən bahalı ünvan Səbail rayonunun Üzeyir Hacıbəyli küçəsidir. Burada maksimal qiymət 15 900 manat/kv.m-dir. İlk üçlüyü isə 9 200 manat/kv.m göstərici ilə Niyazi küçəsi və Ağ Şəhərin “Yaşıl Ada 1” ərazisi tamamlayır.
Bundan başqa, İzmir küçəsində qiymət 8 650 manat, Qurban Abbasov küçəsində 7 950 manat, Mikayıl Useynov küçəsində isə 7 670 manat/kv.m-ə çatır.
AQC rəhbəri bildirir ki, daşınmaz əmlak bazarında qiymətləri yalnız rayon üzrə orta göstəricilərlə qiymətləndirmək düzgün deyil. Premium seqmentdə hətta bir-birindən bir neçə yüz metr məsafədə yerləşən obyektlərin qiymətləri ciddi fərqlənə bilər.
Məsələn, siyahıdakı ən yüksək 19 min manat/kv.m qiymət Bakı üzrə hazırkı median təklif qiymətindən təxminən 7.4 dəfə yüksəkdir; sentyabr 2026 üzrə bazar məlumatlarında Bakı üzrə median 2 582 manat/kv.m göstərilir.
Bakının yüksək qiymətli əraziləri cədvəldə göstərilib:















