Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) hərbi vəziyyətlə bağlı yaranmış suallara görə “Mindiç yazıları” adlanan yeni audiofaylların dərcini müvəqqəti dayandırıb. Bu barədə NV nəşrinin antikorrupsiya orqanlarındakı mənbələri məlumat verib.
Gündəm24.az xəbər verir ki, nəşrin yazdığına görə, Mindiçin Ukraynadakı fəaliyyəti yalnız energetika sahəsi ilə məhdudlaşmayıb, həm də silahlanma məsələlərini əhatə edib. Mənbələr bildirir ki, NABU enerji sahəsindəki işlərə daha tez çatıb, silahlanma ilə bağlı işlər isə daha mürəkkəb olduğundan araşdırma gecikib.
Əli Səfərli,
Gündəm24.az














