“NATO ilə münaqişənin qarşısını almaq, vəziyyəti dəyişmək üçün Rusiyanın dörd il vaxtı var”.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev deyib.
O bildirib ki, Avropa artıq Rusiya ilə müharibəyə hazırlaşır:
“Bu müharibənin bizim üçün çətin və ya ağır olmamasını təmin etmək üçün bütün tədbirləri görməyə vaxtımız var”.
Sobolev Rusiya ordusunu və hərbi sənaye kompleksini gücləndirməyə çağırıb.














