Bazar, Oktyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakı iki “tarixi düşmən”i regionda blokladı: Türk ölkələrini sevindirən xəbər

20/11/2025 12:00
Gündəm, Siyasət
851 27
Bakı iki “tarixi düşmən”i regionda blokladı: Türk ölkələrini sevindirən xəbər
726
Paylaşım sayı
1k
Baxış sayı

Son illərdə Azərbaycanın ABŞ və Çin kimi qlobal supergüclərlə siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığını gücləndirməsi regionda güc balansını nəzərəçarpacaq dərəcədə dəyişməyə başlayıb. Bu dinamika Cənubi Qafqaz və Mərkəzi Asiyada əsrlər boyu dominant rol oynamış Rusiya və İranın təsir imkanlarının zəifləməsi ilə müşayiət olunur.

Bakı yeni kommunikasiya dəhlizlərində əsas tranzit ölkəyə çevrilir, enerji və logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir. Bu isə həm Mərkəzi Asiya respublikalarının Moskvanın təsir dairəsindən qismən uzaqlaşmasına, həm də regionda yeni geosiyasi reallığın formalaşmasına təkan verir.

Azərbaycanın çoxvektorlu xarici siyasəti və supergüclərlə yaxınlaşması Rusiya və İranın bölgədəki mövqeyini geri dönüşsüz şəkildə zəiflədə bilərmi? Kreml artan itkilər fonunda sakit qalacaqmı?

Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, politoloq Aytən Qurbanova bildirib: Azərbaycanın ABŞ və Çin ilə paralel şəkildə inkişaf etdirdiyi əməkdaşlıq xətti ölkəmizin beynəlxalq sistemdə mövqeyini gücləndirməklə yanaşı, Cənubi Qafqazda uzun müddət mövcud olmuş geosiyasi balansı da dəyişir:

“Belə ki, Azərbaycan bu əlaqələri milli maraqlar çərçivəsində optimal və balanslaşdırılmış xarici siyasət strategiyası əsasında quraraq həm siyasi suverenliyini möhkəmləndirir, həm də yeni strateji imkanlar əldə edir. ABŞ ilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sülh gündəmi üzrə aparılan yüksək səviyyəli dialoq Azərbaycanın regionlararası əhəmiyyətini artırır. Bununla yanaşı, Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə ölkəmizin əsas tranzit qovşaqlarından biri kimi ön plana çıxması Azərbaycanı qlobal logistika şəbəkəsinin mərkəzi həlqəsinə çevirir. Həmçinin bu əməkdaşlıq xəttinin genişlənməsi ölkəmizin siyasi, iqtisadi və nəqliyyat sahələrində rolunu daha da gücləndirir. Beləliklə formalaşan yeni geosiyasi dinamika bölgədə ənənəvi təsir imkanlarına malik olan Rusiya və İranın mövqelərinə də təsirsiz ötüşmür.

İran və Rusiya regiona təsir imkanlarını qorumağa çalışsalar da, 2020-ci ildən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar, Ermənistanın Moskva yönümlü siyasətdən uzaqlaşması və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan–Türkiyə xətti ilə daha sıx əməkdaşlığı regionda rus təsirinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub”.

Bakı iki "tarixi düşmən"i regionda blokladı: Türk ölkələrini sevindirən xəbər
Aytən Qurbanova

Politoloq bildirib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı “sərt” bəyanatları rəsmi Tehranın dəyişən geosiyasi nizamdan narahatlığını ifadə edir:

“Bununla belə mövcud şərait hər iki aktorun proseslərin gedişatını köklü şəkildə dəyişdirə biləcək resurs və imkanlara malik olmadığını göstərir. Azərbaycan isə belə mürəkkəb geosiyasi şəraitdə heç bir blokda təmsil olunmadan bütün tərəfdaşlarla bərabərhüquqlu və praqmatik əməkdaşlıq modelini davam etdirir. Enerji, nəqliyyat, təhlükəsizlik və diplomatiya sahələrində həyata keçirilən balanslı siyasət ölkəmizi regionun aparıcı siyasi, iqtisadi və logistik aktorlarından birinə çevirir.

Nəticə etibarilə, Cənubi Qafqazda formalaşan yeni geosiyasi nizam Azərbaycanın çevik diplomatiyasının, iqtisadi potensialının və çoxvektorlu siyasətinin məntiqi nəticəsidir. Onu da qeyd etmək lazımdır ki, ABŞ və Çinlə əməkdaşlığın dərinləşməsi Rusiya və İranın təsirini nisbi şəkildə zəiflətsə də, Azərbaycanın əsas hədəfi rəqabət mühiti yaratmaq deyil. Azərbaycan milli maraqlara uyğun olaraq təhlükəsiz, sabit və inteqrasiya olunmuş regional sistemin formalaşmasına töhfə verməyi hədəfləyir. Məhz bu strateji xətt ölkəmizi qlobal siyasi və iqtisadi sistemin mühüm mərkəzlərindən birinə çevirməyə davam edir”.

Oxşarxəbərlər

Hikmət Hacıyev “Counterpoint” sənədli filmi barədə paylaşım etdi
Manşet

Hikmət Hacıyev “Counterpoint” sənədli filmi barədə paylaşım etdi

17/10/2026 23:11
954
Biz eyni ananın iki oğluyuq – Dövlət Bağçalıdan Azərbaycana təbrik
Manşet

Biz eyni ananın iki oğluyuq – Dövlət Bağçalıdan Azərbaycana təbrik

17/10/2026 22:25
955
Putin Ukrayna şəhərlərini yaşanmaz hala salmaq tapşırığı verib – KİV
Dünya

Putin Ukrayna şəhərlərini yaşanmaz hala salmaq tapşırığı verib – KİV

17/10/2026 21:53
953
Türkiyənin enerji tarixində ilk: Ərdoğan açıqladı…
Dünya

Türkiyənin enerji tarixində ilk: Ərdoğan açıqladı…

17/10/2026 16:07
955
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Manşet

İlham Əliyev SƏRƏNCAM İMZALADI

17/10/2026 15:40
955
İranın XİN rəhbəri Bağdada getdi: Gərginlik fonunda kritik görüşlər
Dünya

İranın XİN rəhbəri Bağdada getdi: Gərginlik fonunda kritik görüşlər

17/10/2026 13:18
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanına məxsus helikopter VURULDU

Səudiyyə Ərəbistanına məxsus helikopter VURULDU

17/10/2026 23:47
954
“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir”

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir”

17/10/2026 23:31
954
Bu bürclər gecələri yata bilmir

Bu bürclər gecələri yata bilmir

17/10/2026 23:31
955
Moskva ilə İrəvan arasında uçuş təxirə salındı

Moskva ilə İrəvan arasında uçuş təxirə salındı

17/10/2026 23:23
955

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1000

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
965

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.