Bu gün Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirilir.
Gündəm24.az xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Həmişə bizimləsiniz!” videoçarxının nümayişi nümayişi ilə başlayıb.
Konfransda çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov deyib ki, böyük zəfərdən sonra keçən altı il ərzində ölkəmiz hər zaman zəfər, şərəf və qürur hissi ilə yaşayıb:” Bu günlərə görə Müzəffər Ali Baş Komandana, igid əsgərlərimizə, zabitlərimizə və qazilərimizə minnətdarlığını bildirir.

O çıxışında gənclərin qazandığı uğurlara toxunub, mühüm zəfərdən sonra hər ay müxtəlif sahələrdə yeni qələbələrin qazanıldığı, gənclərimizin ölkəmizi müxtəlif beynəlxalq platformalarda və çempionatlarda qürurla təmsil etdiyi diqqətə çatdırıb”. O, gənclərin öz tarixini və milli-mənəvi dəyərlərini unutmamasının vacibliyini bir daha diqqətə çatdırır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov da çıxışında bildirib ki, Komitə gənc nəslin yetişdirilməsi, maarifləndirilməsi, vətənpərvərlik ruhunda böyüməsi və vətənə, torpağa, millətə bağlılığının artırılması istiqamətində müxtəlif dövlət qurumları ilə sıx əməkdaşlıq edir:”Bu qurumlar arasında öndə gedənlərdən biri də Gənclər və İdman Nazirliyidir. Vurğulamaq istəyirəm ki, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirəcəyimiz tədbirlərdə əsas məqsədimiz gənc nəslin müxtəlif istiqamətlər üzrə yetişdirilməsini müzakirə etməkdir.
Məqsədimiz təkcə gənclərin fiziki baxımdan sağlam olması, dini maarifləndirmə ilə təmin edilməsi və ya ailə dəyərlərinə bağlı yaşaması deyil, həm də əxlaqlı, mənəvi dünyası geniş, Azərbaycan dövlətinin inkişafına və rifahına töhfə verə biləcək örnək gəncliyin formalaşdırılmasıdır. Dövlət başçımızın hər birimizin — vətəndaş kimi qarşımıza qoyduğu əsas vəzifə də budur: dövlətimizi sevməli, qədrini bilməli və onun güclənməsi istiqamətdə yorulmadan fəaliyyət göstərməliyik”.
Tədbir “Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət”, “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” mövzularında panel sessiyalarla işini davam etdirir.
Konfrans çərçivəsində gənclərin mənəvi dünyagörüşünün zənginləşdirilməsi, onların vətənpərvərlik ruhunda formalaşması, ailə və cəmiyyətin bu prosesdə rolu, müasir informasiya mühitinin dəyərlər sisteminə təsiri, habelə gənc nəslin zərərli ideoloji təsirlərdən qorunması ilə bağlı məsələlər müzakirə edilir.//musavat.com













