Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edəcək. Sizcə, bu Azərbaycanın beynəlxalq nüfuzu, regional siyasi mövqeyi və MDB-yə üzv dövlətlərlə münasibətləri baxımından əhəmiyyəti nədən ibarətdir? Sədrlik Azərbaycana hansı yeni siyasi və iqtisadi imkanlar qazandıra bilər?”
Mövzu ilə bağlı Gündəm24.az -a danışan politoloq Cavanşir Abbaslı maraqlı fikirlər səsləndirib. O, bildiribki, son illərdə Azərbaycana dünya tərəfindən olan etimad olduqca artmaqdadır, xüsusilə 2020-ci ildəki vətən müharibəmizdən sonra öz ərazi bütövlüyümüzü, öz hesabımıza tam bərqərar edəndən sonra Azərbaycana olan etimad daha da gücləndi. Azərbaycan dünyanın təhlükəsizlik zonalarından biri sayılmaqdadır. Ona görə də bu tipli tədbirlərin Bakıda keçirilməsi, Azərbaycanda keçirilməsi barədə qərarlar çox asanlıqla verilir, onun dəstəkçilərinin sayı da kifayət qədər çox olur.
Təkcə bir faktı qeyd etmək olar ki, bundan öncə, məsələn, Amerika və Rusiya kimi super güclərin, generalların görüş məkanı kimi məsələn, Bakı seçilirdi. Təsəvvür edin ki, dünyanın iki əsas super gücü Bakıya etimad göstərirdi. Bunun özü çox ciddi bir faktor idi və gələcəkdə daha böyük tədbirlər üçün Azərbaycanın seçilməsinin bir işarəsi idi və bugün artıq o reallaşmaqdadır.
Bilirsiniz ki, gələn il İslam Əməkdaşlıq Təşkilatının eləcə də ondan bir gün sonra 2028-ci ildə Avropa Siyasi Birliyinin zirvə görüşünün ev sahibi Azərbaycan olacaq. Bunun özü çox ciddi bir məsələdir və onun üzərində də MDB-yə sədrliyin 2028-ci ildə Özbəkistandan Azərbaycana keçməsi barədə verilən qərar da Azərbaycan baxımından çox böyük önəm daşıyır. Bu qərarda verilərkən Azərbaycan prezidentin çıxışından sonra , ardıcıl olaraq çıxış edən digər dövlət başçılar da birmənalı şəkildə Azərbaycanın üzərində dayandılar.
Bu zaman Lukaşenko dediklərini deməyə gərək yoxdur. Onun Azərbaycanın ev sahibliyi etməsini necə dəstəklədiyini gördük və istər-istəməz bütün bunlar Azərbaycana siyasi və iqtisadi baxımdan ciddi dividendlər qazandıracaq. MDB-yə daxil olan dövlətlərlə siyasi və iqtisadi əlaqələrimiz kifayət qədər dərindir, kifayət qədər yaxın münasibətlərə sahibik.
Hesab edirəm ki, bundan sonra bu ev sahibliyi etməyin fonunda bu münasibətlər daha da dərinləşəcək. Onun üçün də Azərbaycan tarixi nöqteyi- nəzərdən Müstəqil Dövlətlər Birliyinin 2028-ci ildəki tədbirinə müstəqillik illəri ərzində ilk dəfə ev sahibliyi etməyimizlə bağlı yetkinliklə verilən qərar olduqca mühümdür. Düşünürəm ki, onun gələcək dividendlərini də əldə edəcəyik və burada da bir məsələ var ki, həmin vaxta qədər təbii ki, mən ehtimal edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi əldə olunacaq.
Buna mənim qəti şübhəm yoxdur. Proseslər bir qədər uzanarsa, maraqlı bir məqam ortaya çıxacaq: həmin vaxt Ermənistana rəhbərlik edəcək şəxs — istər Paşinyan, istərsə də başqa biri — tədbirdə iştirak etmək üçün Azərbaycana gəlməli olacaq. Əlbəttə, bu suala indidən dəqiq cavab vermək hələ tezdir.
Çünki kifayət qədər iki il zaman var və iki il müddətində yenə də deyirəm, sülh müqaviləsinin əldə olunacağı ehtimalı kifayət qədər böyükdür. İndidən əksinidə düşünmək olar ki, əldə olunmasa necə olacaq.
Gündəm24.az
İlkin Əlyar













