Şənbə, Oktyabr 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Zəngəzur dəhlizi ilə bağlı İLGİNC AÇIQLAMA

09/10/2026 20:59
CƏMİYYƏT, Manşet
797 33
Zəngəzur dəhlizi ilə bağlı İLGİNC AÇIQLAMA
687
Paylaşım sayı
954
Baxış sayı

Çinin Cənubi Qafqazda təsirinin artması, xüsusilə Azərbaycanla strateji tərəfdaşlığının güclənməsi Rusiyada diqqətlə izlənilir. Bununla belə, Moskvanın əsas narahatlığının Pekinin regiondakı fəallığı deyil, Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət olduğu bildirilir.

Gündəm24.az  Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Ali İqtisadiyyat Məktəbinin Kompleks Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Vasili Kaşin müsahibəsində danışıb.
Rusiyalı ekspert bildirib ki, Çinin Cənubi Qafqaz siyasətində Azərbaycan və Gürcüstan xüsusi yer tutur. Onun sözlərinə görə, Gürcüstan uzun müddətdir Pekinin regiondakı tərəfdaşıdır və Çinlə əməkdaşlıqda digər Cənubi Qafqaz ölkələri üçün müəyyən istiqamət formalaşdırıb.
Kaşin Azərbaycanın Çinlə münasibətlərini fəal şəkildə inkişaf etdirdiyini xüsusi vurğulayıb.
“Biz Çinin, ilk növbədə, Azərbaycanla, eləcə də ənənəvi olaraq Gürcüstanla münasibətlərində böyük irəliləyiş görürük. Aydındır ki, Azərbaycan hazırda Çinlə tərəfdaşlığını gücləndirməyə çox fəal çalışır və buna böyük əhəmiyyət verir”, – deyə o bildirib.
Ekspert Azərbaycanın hərbi-texniki əməkdaşlığında da Çinin rolunun artdığına diqqət çəkib. O, Azərbaycana 24 ədəd JF-17 döyüş təyyarəsinin tədarükünü Çinin postsovet məkanının silah bazarına mühüm çıxışı kimi qiymətləndirib.
Kaşin qeyd edib ki, təyyarələr formal olaraq Pakistan istehsalı sayılsa da, onların hazırlanmasında Çin texnologiyaları və intellektual mülkiyyəti mühüm yer tutur.
Rusiyalı ekspertin fikrincə, Ermənistan isə Cənubi Qafqaz ölkələri arasında Çinlə əməkdaşlıq istiqamətində ən zəif irəliləyən dövlətdir. O, bunu İrəvanın Avropaya inteqrasiya meyilləri və Hindistanla hərbi-texniki tərəfdaşlığı ilə əlaqələndirib.
Kaşin xatırladıb ki, Ermənistan hələ 1999-cu ildə Çindən böyük partiya reaktiv yaylım atəş sistemləri alan ilk postsovet ölkəsi olmuşdu. Lakin hazırda Ermənistanın Çinlə əməkdaşlıq istiqaməti Azərbaycan və Gürcüstanla müqayisədə daha zəif görünür.
Ekspertin diqqətçəkən açıqlamalarından biri də ABŞ-nin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulan və “Tramp marşrutu” kimi tanınan nəqliyyat layihəsi ilə bağlı olub.
Kaşinin fikrincə, ABŞ-nin üstün rol oynadığı nəqliyyat dəhlizi Pekinin maraqları baxımından müəyyən çətinliklər yarada bilər.
“Burada, əlbəttə, “Tramp dəhlizi” ilə bağlı məhdudiyyətlər də ola bilər. Yəni ABŞ-nin üstün rol oynadığı dəhliz çinlilər üçün müəyyən qədər problemli ola bilər”, – deyə rusiyalı ekspert vurğulayıb.
O, Çinlə Türkiyə münasibətlərinə də toxunaraq iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndiyini, lakin siyasi etimadın aşağı səviyyədə qaldığını söyləyib.
Kaşinin iddiasına görə, Pekin pantürkizm ideologiyasına və siyasi islamın müxtəlif təzahürlərinə mənfi yanaşır. Bununla yanaşı, Çin Türkiyənin tranzit imkanlarından və Ankara ilə praqmatik əməkdaşlığın inkişafından maraqlıdır.
Ekspert hesab edir ki, Türkiyə Çinlə münasibətlərindən Qərbdən asılılığını tarazlaşdırmaq üçün istifadə edir. Pekin isə Ankara ilə iqtisadi və siyasi əlaqələrini genişləndirməyə çalışır.
Rusiyalı ekspert ümumilikdə Çinin Cənubi Qafqazda rolunun artdığını etiraf etsə də, bu prosesin Moskva üçün başlıca geosiyasi problem olmadığını bildirib. Onun qiymətləndirməsinə görə, Rusiyanın regiondakı mövqeləri Çinin fəallığından daha çox digər siyasi amillərin təsiri altında dəyişir.

Oxşarxəbərlər

Bu xidmət 1 MANAT 50 QƏPİK OLDU
Manşet

Bu xidmət 1 MANAT 50 QƏPİK OLDU

10/10/2026 01:57
961
Yunanıstan Türkiyəyə HÜCUMA HAZIRLAŞIR — Narahatedici Hərbi Məlumat
Manşet

Yunanıstan Türkiyəyə HÜCUMA HAZIRLAŞIR — Narahatedici Hərbi Məlumat

10/10/2026 01:41
960
Avropa İttifaqından Bakıya TƏŞƏKKÜR: Ukrayna addımı yüksək qiymətləndirildi
Manşet

Avropa İttifaqından Bakıya TƏŞƏKKÜR: Ukrayna addımı yüksək qiymətləndirildi

10/10/2026 00:20
967
Türkiyədən Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA
Manşet

Türkiyədən Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA

10/10/2026 00:00
968
Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi
Dünya

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

09/10/2026 23:19
959
Azərbaycanda yaşayış binasına ildırım düşdü – FOTO
Hadisə

Azərbaycanda yaşayış binasına ildırım düşdü – FOTO

09/10/2026 22:54
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu xidmət 1 MANAT 50 QƏPİK OLDU

Bu xidmət 1 MANAT 50 QƏPİK OLDU

10/10/2026 01:57
961
Bu 3 BÜRCÜN PUL BƏXTİ AÇILACAQ

Bu 3 BÜRCÜN PUL BƏXTİ AÇILACAQ

10/10/2026 01:50
959
Yunanıstan Türkiyəyə HÜCUMA HAZIRLAŞIR — Narahatedici Hərbi Məlumat

Yunanıstan Türkiyəyə HÜCUMA HAZIRLAŞIR — Narahatedici Hərbi Məlumat

10/10/2026 01:41
960
Avropa İttifaqından Bakıya TƏŞƏKKÜR: Ukrayna addımı yüksək qiymətləndirildi

Avropa İttifaqından Bakıya TƏŞƏKKÜR: Ukrayna addımı yüksək qiymətləndirildi

10/10/2026 00:20
967

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
978

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
961

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
961

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
986

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.