Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb.
Gündəm24.az xəbər verir bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub.
Hadisə 2024-cü ilin mayında baş verib. İlkin ifadəsində Akkaya özünün qızının hücumuna məruz qaldığını iddia etmişdi. Digər tərəfdən, 15 yaşlı qızı anası tərəfindən fiziki zorakılığa məruz qaldığını irəli sürüb.
İlkin məhkəmə qərarı ilə Akkaya 4 ay müddətinə azadlıqdan məhrum edilsə də, qızının vəkilinin apellyasiya şikayətindən sonra işə yenidən baxılıb.
Məhkəmə instansiyası Akkayanın əvvəllər başqa bir cinayət işinə görə məhkumluğunun olmasını əsas gətirərək, yeni cəzanın icrasını təxirə salmayıb. Əgər qəbul edilmiş qərar qüvvəyə minərsə, məşhur model həbsxanaya göndəriləcək.\oxu.az














