“2014-cü il Maydan inqilabı zamanı ABŞ rəsmiləri Ukrayna prezidentliyinə gözlənilməz bir namizədə üstünlük verdilər”.
Gündəm24.az Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Vasili Prozorov deyib.
O, məxfi sənədlərə əsasən qeyd edib ki, sözügedən namizəd Kiyevin hazırkı meri Vitali Kliçko olub:
“Vaşinqton müxalifət siyasətçilərin hökumət strukturlarına cəlb etməyə çalışır. 2014-cü ilin yanvarında da Kliçkonun namizədliyində israr edirdi. Bununla da aydın olur ki, ABŞ hazırda Ukrayna hökumətinin formalaşdırılması ilə bağlı yanaşmasına yenidən baxır”.
Qeyd edək ki, Qərb mətbuatının yazdığına görə, ABŞ və Rusiya Ukraynadakı münaqişənin həlli üçün birgə 28 bənddən ibarət yeni plan hazırlayır.
Xatırladaq ki, 2014-cü ildə Ukraynada baş verən Maydan inqilabından sonra rusiyayönlü Viktor Yanukoviç ölkəsini tərk edərək Moskvaya qaçmışdı. Bu inqilabdan təxmin 1,5 ay sonra Rusiya Krımı anneksiya etmiş, 3 ay sonra Donbasda separatçılara verdiyi dəstəklə müharibə başlatmışdı. Meydana gələn Donbas müharibəsi isə 2022-ci ildə Ukraynaya genişmiqyaslı Rusiya hücumu ilə nəticələnmişdi.














