Cümə, Mart 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Türk liderdən Paşinyanı həyəcanlandıran siqnal: Bakı “hə” deməsə, olmayacaq

21/11/2025 15:45
Dünya, Siyasət
41 1
Türk liderdən Paşinyanı həyəcanlandıran siqnal: Bakı “hə” deməsə, olmayacaq
53
Baxış sayı

Ermənistan Baş naziri Nikol Paşinyanın Qazaxıstana rəsmi səfəri regionda maraqlı dinamika yaradıb. Qazaxıstanın həm Türk Dövlətləri Təşkilatında (TDT), həm də Orta Dəhliz layihəsində Azərbaycan üçün ən vacib tərəfdaşlardan biri olması fonunda İrəvan–Astana xəttində müşahidə edilən yaxınlaşma diqqət çəkir.

Ermənistan son zamanlarda regional iqtisadi layihələrə inteqrasiya etmək, xüsusən də Orta Dəhliz vasitəsilə yeni ticarət və nəqliyyat imkanlarına çıxış yolu qazanmaq üçün aktiv diplomatiya sərgiləyir. Qazaxıstanla təmasların intensivləşməsi də bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir.

Ermənistanın tranzit ambisiyaları nə qədər realdır və belə bir addım Azərbaycanın razılığı olmadan həyata keçirilə bilərmi? İrəvan gələcəkdə Qazaxıstan üzərindən Orta Dəhlizə qoşulmaq üçün indidən təməllər atır?

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verirki, politoloq Qabil Hüseynli deyib ki, Qazaxıstan uzun müddətdir balanslaşdırılmış siyasət yürüdürdü, amma son iki ildə daha aktiv çoxşaxəli xarici siyasət mərhələsinə keçib:

“Bu mərhələ Qazaxıstanın yalnız Rusiya və Çin xətti ilə kifayətlənməmək, Qərb, Yaxın Şərq, Qafqaz və hətta Aralıq dənizi xətti ilə əlaqələrini genişləndirmək istəyindən doğur. Bir müddət öncə Kiprdə səfirlik açması da prosesin bariz nümunəsidir. Bu qərar Türk Dövlətləri Təşkilatının siyasi xətti ilə tam üst-üstə düşmür, amma Astananın özünəməxsus, milli maraqlarına söykənən diplomatiyasını nümayiş etdirir.

Ermənistanın açıq şəkildə Orta Dəhlizə qoşulmaq istəyi var və bunu Qərbin siyasi dəstəyi fonunda, həm də Rusiya ilə münasibətlərin qeyri-müəyyən olduğu bir dövrdə edir. Qazaxıstan isə öz növbəsində bu marağı instrumental baxımdan qiymətləndirir. Ermənistan tranzit üçün kiçik həlqədir, amma Astana üçün geosiyasi manevr mərkəzidir, yəni Rusiya-Qərb balansında öz diplomasiyasına əlavə manevr sahəsi yaradır”.

Türk liderdən Paşinyanı həyəcanlandıran siqnal: Bakı "hə" deməsə, olmayacaq
Qabil Hüseynli

Politoloqun sözlərinə görə, Azərbaycan baxımından bu proses ikili xarakter daşıyır:

“Bir tərəfdən, Qazaxıstanın Ermənistanla diplomatik yaxınlaşması müəyyən suallar yaradır, çünki Orta Dəhliz Azərbaycan üzərindən keçən yeganə stabil və hüquqi cəhətdən işlək marşrut hesab olunur. Ermənistanın bu dəhlizə inteqrasiyası Bakının razılığı olmadan mümkün deyil. Digər tərəfdən, Azərbaycan Qazaxıstanla tərəfdaşlığını elə səviyyədə saxlayır ki, Astananın regional siyasəti Bakını kənarda qoya biləcək strateji addımlara çevrilmir. Yəni Qazaxıstanın Ermənistana açılması daha çox diplomatik jest xarakteri daşıyır, real logistik çəkisi isə Azərbaycansız formalaşa bilməz.

Ermənistan–Qazaxıstan xəttindəki yaxınlaşmanı Azərbaycana qarşı istiqamətlənmiş hərəkət kimi dəyərləndirmək düzgün deyil. Bu, daha çox Astananın öz xarici siyasətində sərbəstlik nümayiş etdirmək, müxtəlif siyasi platformaları milli maraqları üçün istifadə etmək, region daxilində isə manevr imkanlarını artırmaq cəhdidir. Qazaxıstanın davranışı təkcə TDT ilə deyil, KTMT və Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərində də oxşar xətti göstərir. Astana qapalı müttəfiqlik modelindən çıxıb çoxvektorlu siyasəti prioritet edir.

Azərbaycan üçün əsas məsələ Qazaxıstanın Ermənistanla siyasi təmaslarının hansı real geoiqtisadi nəticəyə gətirib çıxacağıdır. Ermənistanın real tranzit alternativi yoxdur və yaxın perspektivdə də yaranmayacaq. Amma Qazaxıstanın çoxşaxəli siyasətə keçməsi regionda yeni diplomatik balanslar formalaşdırır və Bakı da bu balansları diqqətlə izləməkdə haqlıdır”.

Oxşarxəbərlər

Müctəba Xamenei yaralanaraq şikəst qalıb – Heqset
Dünya

Müctəba Xamenei yaralanaraq şikəst qalıb – Heqset

13/03/2026 17:00
54
Sərhədlərimizdə PKK təhlükəsi: regionda nə baş verir? – VİDEO
Siyasət

Sərhədlərimizdə PKK təhlükəsi: regionda nə baş verir? – VİDEO

13/03/2026 16:52
55
Tehranda Qüds Günü yürüşü zamanı partlayış – Əli Laricani də orada olub – VİDEO
Dünya

Tehranda Qüds Günü yürüşü zamanı partlayış – Əli Laricani də orada olub – VİDEO

13/03/2026 14:09
53
Tehranda Qüds Günü yürüşü zamanı partlayış – Əli Laricani də orada olub – VİDEO
Dünya

Tehranda Qüds Günü yürüşü zamanı partlayış – Əli Laricani də orada olub – VİDEO

13/03/2026 14:09
58
İran Türkiyəyə HÜCUM ETDİ – NATO TƏTİKDƏ!
Dünya

İran Türkiyəyə HÜCUM ETDİ – NATO TƏTİKDƏ!

13/03/2026 12:53
56
Paşinyandan Putinə ağır zərbə – İrəvan Moskvaya niyə “yox” dedi?
Dünya

Paşinyandan Putinə ağır zərbə – İrəvan Moskvaya niyə “yox” dedi?

13/03/2026 12:21
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hər qida qəbulunda tərəvəz yemək lazımdır

Hər qida qəbulunda tərəvəz yemək lazımdır

13/03/2026 17:37
52
SON DƏQİQƏ! Avtobuslarda gedişhaqqı tarifləri yeniləndi – FOTO

SON DƏQİQƏ! Avtobuslarda gedişhaqqı tarifləri yeniləndi – FOTO

13/03/2026 17:28
55
Sibel Can Parisdə ayaqqabısı ilə diqqət çəkdi – FOTO

Sibel Can Parisdə ayaqqabısı ilə diqqət çəkdi – FOTO

13/03/2026 17:17
54
Vəzifəyə görə vahid maaş olacaq

Vəzifəyə görə vahid maaş olacaq

13/03/2026 17:15
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
68

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
80

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.