“Niderland minatəmizləmə sahəsində Azərbaycana dəstək imkanlarını öyrənə bilər”.
Gündəm24.az xəbər verir ki, bu fikirləri Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
Nazir vurğulayıb ki, Niderland Azərbaycanın sülh prosesinə sadiqliyini yüksək dəyərləndirir:
“Niderland dünyanın digər regionlarında minatəmizləmə fəaliyyətinə dəstək göstərir. Əminəm ki, komandalarımız Azərbaycana da yardım göstərmək imkanlarını araşdıracaqlar”.//Musavat.com











