Çərşənbə axşamı, Oktyabr 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

AMEA-nın alimləri Pezeşkiana məktub ünvanlayıb

27/10/2026 16:21
Gündəm
813 16
AMEA-nın alimləri Pezeşkiana məktub ünvanlayıb
686
Paylaşım sayı
953
Baxış sayı

Azərbaycan Milli Elmlər Akademiyası alimləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana müraciət ünvanlayıb.

Gündəm24.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Biz, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, ilk növbədə Sizə dərin ehtiramımızı bildiririk.

Sizin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə görüşləriniz zamanı və Bakıya, Şuşaya, Xankəndiyə səfərləriniz dövründə Azərbaycan dilində apardığınız söhbətlər dövlətlərarası münasibətlərin daha səmimi şəkildə qurulmasına təminat verir, bir daha İran dövlətinə hörmət qazandırır və qarşılıqlı etimadın möhkəmləndirilməsinə geniş imkan yaradır.

Bütün bunları nəzərə alaraq, İran İslam Respublikasında əhalinin böyük hissəsini təşkil edən Azərbaycan xalqının hüquqlarının gerçəkləşdirilməsi ilə əlaqədar Sizə müraciət etməyi zəruri və əhəmiyyətli hesab edirik.

Hörmətli Prezident!

İranda yaşayan köklü azərbaycanlılar orta və ali məktəblərdə ana dilində təhsil almaları, doğma dillərində mətbuatın və ədəbiyyatın olması yollarında səylər göstərir və təşəbbüslər irəli sürürlər. Lakin onların bu istiqamətdəki qanuni hüquqları indiyədək yerinə yetirilməmişdir. Bu da təbii olaraq İran azərbaycanlıları arasında ciddi narahatlığa səbəb olur. Çünki hazırda dünyada öz ana dilində yazıb-oxumaqdan məhrum olan çox az sayda xalqlar qalmışdır. Biz də hesab edirik ki, dünyanın başqa xalqları kimi, İranda yaşayan köklü azərbaycanlıların da öz ana dilində təhsil almaq hüququ təmin olunmalıdır.

Bu baxımdan Sizin İran İslam Respublikasında keçirilən tədbirlərdə, eyni zamanda, Azərbaycan Respublikasına səfəriniz zamanı Azərbaycan dilində də danışmağınız, böyük Azərbaycan və İran şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” poemasından bəzi parçaları əzbər söyləməyiniz, ibrətamiz misallar çəkməyiniz İranda olduğu kimi, Azərbaycan Respublikasında da xalq tərəfindən böyük rəğbətlə qarşılanır.

Eyni zamanda, İran İslam Respublikasının müxtəlif regionlarında ayrı-ayrı xalqların nümayəndələri ilə, o cümlədən azərbaycanlılarla onların öz ana dilində qurduğunuz ünsiyyət dövlət rəhbəri kimi Sizə bəslənilən hörmət və ehtiramın daha da qüvvətləndirilməsinə xidmət edir.

Hörmətli Prezident!

Son illərdə İran İslam Respublikası üçün yaşanan taleyüklü məqamlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin göstərdiyi dostluq və xeyirxah qonşuluq münasibətlərinə verdiyiniz ədalətli qiymət Sizin dövlət başçısı kimi obyektivliyinizin əyani göstəricisidir.

Bütün bu mətləbləri nəzərə almaqla, biz inanırıq ki, Siz İran azərbaycanlılarının ana dilində, doğma Azərbaycan dilində təhsil almaları üçün də dövlət səviyyəsində tədbirlər həyata keçirməklə onların çoxəsrlik arzularının yerinə yetirilməsini təmin edəcəksiniz.

İranda yaşayan köklü azərbaycanlıların təhsil almaları üçün Azərbaycan dilində məktəblərin açılmasına ciddi ehtiyac vardır. Bundan başqa, İranda Azərbaycan dilində nəşr edilən qəzet və jurnalların çapına, Azərbaycan dilində elmi və bədii əsərlərin nəşr edilməsinə icazə verilməsi həlli zəruri olan məsələlərdəndir. Bunlar həm də İranda yaşayan Azərbaycan xalqının ölkənizin Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi baxımından da əhəmiyyətli bir addım ola bilər.

Xalqların ana dilinə, milli ədəbiyyatına və mədəniyyətinə hörmətlə yanaşmaq, bu istiqamətdə əməli tədbirlər həyata keçirmək dövlət rəhbəri üçün mühüm tarixi vəzifədir. İnanırıq ki, Sizin prezidentliyiniz dövründə İranda yaşayan azərbaycanlıların ana dilində yazıb-oxumaq hüququ təmin ediləcəkdir.

Hörmətli Prezident!

Biz, bu məktubu imzalayan elm adamları Azərbaycan dili və ədəbiyyatına dair çoxsaylı dərsliklərin, tədqiqatların müəllifləri, lüğətlərin və ensiklopediyaların tərtibçiləriyik. Biz İranda Azərbaycan dilində tədris aparılacaq məktəblərə istənilən qədər dərslik və əlavə ədəbiyyat, bədii və elmi əsərlər, ensiklopediya və lüğətlər hədiyyə edə bilərik. Dövlətlərarası razılaşma əsasında İranın Azərbaycan dilində tədris təşkil olunacaq məktəblərində təmənnasız dərs deməyə hazır olduğumuzu da yüksək diqqətinizə çatdırmağı özümüzə borc bilirik.

Bu məktuba Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) aşağıdakı nümayəndələri imza atır:

1. Nadir Məmmədli – AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor;

2. Mehman Həsənli – AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru;

3. Qəzənfər Paşayev – Əməkdar elm xadimi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor;

4. İmamverdi Həmidov – AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

5. İsmayıl Məmmədli – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

6. Sərxan Xavəri – AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru;

7. İsmayıl Kazımov – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türkologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

8. İlham Tahirov – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mədəni dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

9. . Aygül Hacıyeva – AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk əlyazmaları şöbəsinin müdiri, filologiya elmləri doktoru;

10 Fəridə Əzizova – AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

11. Nərgiz Hacıyeva – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;

12. Akif İmanlı – filologiya elmləri doktoru, professor;

13. Əfzələddin Əsgərov – AMEA Folklor İnstitutunun Türk xalqlarının folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru;

14. Leyla Məmmədova – AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent;

15. Xədicə Heydərova – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent;

16. Arzu Məmmədxanlı – AMEA Humanitar Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru;

17. Zümrüd Mənsimova – AMEA İctimai Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent;

18. Aynur Mahmud – AMEA Rəyasət Heyəti Aparatının Həmkarlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru;

19. Əsmər Əliyeva – AMEA Rəyasət Heyəti Aparatının şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru;

20. Səriyyə Gündoğdu – AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent.

Oxşarxəbərlər

Rusiya Ermənistana xəbərdarlıq etdi
Gündəm

Rusiya Ermənistana xəbərdarlıq etdi

27/10/2026 08:25
955
Nəsimi Musayevdən XƏBƏR VAR
Gündəm

Nəsimi Musayevdən XƏBƏR VAR

26/10/2026 15:50
959
“Anamla atam ailə qurmağımı istəyir” – Günel
Gündəm

“Anamla atam ailə qurmağımı istəyir” – Günel

25/10/2026 14:40
959
Qızılı Çox Olanlara Pis Xəbər
Gündəm

Qızılı Çox Olanlara Pis Xəbər

25/10/2026 13:47
965
Ermənistana keçən azərbaycanlı çobanın adı AÇIQLANDI
Gündəm

Ermənistana keçən azərbaycanlı çobanın adı AÇIQLANDI

22/10/2026 09:33
957
Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırıldı
Gündəm

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırıldı

21/10/2026 12:17
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

AMEA-nın alimləri Pezeşkiana məktub ünvanlayıb

AMEA-nın alimləri Pezeşkiana məktub ünvanlayıb

27/10/2026 16:21
953
İsraildə seçkilər keçirilir – Netanyahu yenə qalib gələcək? – AÇIQLAMA

İsraildə seçkilər keçirilir – Netanyahu yenə qalib gələcək? – AÇIQLAMA

27/10/2026 16:07
953
NATO yoxlamalara başladı: Azərbaycanla bağlı nə baş verir?

NATO yoxlamalara başladı: Azərbaycanla bağlı nə baş verir?

27/10/2026 15:57
954
Tacir Şahmalıoğlu Fədayə Laçından gileyləndi: “Yolunu gözlədim” – VİDEO

Tacir Şahmalıoğlu Fədayə Laçından gileyləndi: “Yolunu gözlədim” – VİDEO

27/10/2026 15:29
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Zeytə kəndi – Dərələyəzin unudulmayan tarixi

Qərbi Azərbaycanın Zeytə kəndi – Dərələyəzin unudulmayan tarixi

27/10/2026 08:52
958

Sumqayıtda YAP-ın siyasi xətti, gənclər siyasəti və Qərbi Azərbaycan həqiqətləri müzakirə olunub-FOTOLAR

Sumqayıtda YAP-ın siyasi xətti, gənclər siyasəti və Qərbi Azərbaycan həqiqətləri müzakirə olunub-FOTOLAR

26/10/2026 13:56
1.1k

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

26/10/2026 08:41
960

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
997

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.