Çərşənbə axşamı, Noyabr 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək

16/11/2026 17:29
İqtisadiyyat, Manşet
776 58
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
690
Paylaşım sayı
959
Baxış sayı

“Gələn ildən etibarən “Vergi Məcəlləsində” bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu ilin son günü, həmçinin bir sıra güzəştlərin müddəti başa çatır”.

Gündəm24.az  xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

O qeyd edib ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilən dəyişikliklər paketində bir sıra güzəştlərin müddətinin uzadılması da nəzərdə tutulur. Bununla belə, “Vergi Məcəlləsinin” 102.1.22-4 maddəsi üzrə güzəşt müddəti növbəti ildən başa çatır.

“Paketdə bu güzəşt müddətinin artırılması nəzərdə tutulmayıb. Mövcud qanunvericiliyə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi və eləcə də milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi gəlir vergisindən azaddır. Bu o deməkdir ki, növbəti ildən bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatdan çox olan hissəsi üzrə gəlir vergisinə cəlb olunacaq. Deməli, 2026-cı ildə bankda 18 ay və daha çox müddətə yerləşdirilən əmanətlər üzrə aylıq faizi gəliri 200 manatdan çox olduğu halda o gəlirlər növbəti ildən etibarən vergiyə cəlb ediləcək.

Məsələn, hazırda bankda olan əmanətin aylıq gəliri 500 manatdırsa, yeni ildən etibarən onun 300 manatına gəlir vergisi tətbiq olunacaq. Güzəştlər həm vətəndaşlarımızın gəlirlərinin reallığı, həm da banklarda əmanətlərin strukturunun dəyişdirilməsi baxımdan vacib idi. Hazırda, bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76.4 faizi və ya 41,8  milyard manat. Depozit portfelinin 57.4%-i  hüquqi şəxslərin, 42.6%-i isə fiziki şəxslərin əmanətidir”.

V.Bayramov əlavə edib ki, fiziki şəxslərin əmanət portfelinin 64.7 faizi müddətli əmanətlərdən ibarətdir: “Güzəştlər tətbiq olunandan bəri isə unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minədək yüksəlib. Unikal müddətli əmanətçi sayı ilin əvvəlindən 16.4% artıb. Göründüyü kimi, 3 il öncə qəbul edilən güzəştlər bank sektorunda kreditlərin strukturunu əhəmiyyətli dərəcədə dəyişib. Təbii ki, burada digər faktorlar, o cümlədən Mərkəzi Bank tərəfindən aparılan sağlamlaşdırma tədbirləri və islahatların dərinləşməsi də xüsusi təsirlərə malikdir.

Bununla yanaşı, 2030-cu il üçün hədəf biznes kreditlərin payını daha artırmaqdır. Bunun üçün isə bankların uzunmüddətli depozitlərə ehtiyacı var. Bu həmçinin M0 aqreqatının payının azaldılması baxımdan vacibdir. Bu baxımdan, vergi güzəştləri qısa müddətli fiskal gəlirdən daha çox uzun müddətli iqtisadi gəlirə hesablanmalıdır. Digər tərəfdən, bu güzəştləri uzadılmasının iqtisadi səmərəsi fiskal effektindən daha çoxdur. Çünki, hər milyard manatlıq əmanət üzrə orta hesabla 8 faiz divident gəliri və onun da 10 faiz gəlir vergisinə cəlbini nəzərə alsaq bu dəyişikliklər strateji məqsədlərə xidmət etməlidir.

Bunun üçün, banklarda 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlərin də daha 3 il müddətində gəlir vergisindən azad edilməsi məqsədəuyğun olardı. Yəni, əmanətlər ilə bağlı vergi güzəştlərin müddətinin gələn ildən etibarən daha 3 il müddətinə uzadılması arzuolunandır. Qeyd edək ki, bu təklifi komitə iclasında da təqdim etmişik. Güzəşt müddətinin uzadılması bank sektorunda aparılan islahatların vergi-fiskal siyasət ilə daha yaxından dəstəklənməsi və eləcə də depozit portfelində uzun müddətli öhdəliklərin payının artırılması baxımdan da vacibdir”.

Oxşarxəbərlər

Bakı–Sumqayıt yolu ən təhlükəli magistrallar sırasındadır
Hadisə

Bakı–Sumqayıt yolu ən təhlükəli magistrallar sırasındadır

17/11/2026 17:01
954
Yeni QADAĞA – 21 GÜN…
CƏMİYYƏT

Yeni QADAĞA – 21 GÜN…

17/11/2026 16:52
954
Azərbaycanda tanınmış aktrisa VƏFAT ETDİ
CƏMİYYƏT

Azərbaycanda tanınmış aktrisa VƏFAT ETDİ

17/11/2026 16:48
954
Misir Mərdanovdan deputatın təklifinə ETİRAZ: “Əlaqəsi yoxdur”
CƏMİYYƏT

Misir Mərdanovdan deputatın təklifinə ETİRAZ: “Əlaqəsi yoxdur”

17/11/2026 16:40
951
“Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü”
Manşet

“Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü”

17/11/2026 16:15
954
Bu marşrut avtobusları yenilənir – Qiyməti 70 qəpik olacaq
CƏMİYYƏT

Bu marşrut avtobusları yenilənir – Qiyməti 70 qəpik olacaq

17/11/2026 16:10
955

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.