ƏSA inklüziv teatrının aktrisası Leyla Musayeva vəfat edib.
Gündəm24.az xəbər verir ki, aktrisa uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə teatrın rəsmi Facebook səhifəsində məlumat verilib.
Bildirilib ki, Leyla Musayeva 2025-ci ilin sentyabr ayında ƏSA Teatrının kollektivinə qoşulub və teatrın “Aktyor laboratoriyası”nın iştirakçısı olub.
Fəaliyyəti dövründə o, “Axtarış”, “Hamlet” və “Paris Notr-Dame” tamaşalarında rol alıb.
Teatrın paylaşımında qeyd olunub ki, Leylanın həyat uğrunda mübarizəsi, teatra olan sevgisi və səhnəyə bağlılığı kollektiv üçün xüsusi əhəmiyyət daşıyıb.
“Leylanın əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq”, – deyə paylaşımda bildirilib.
Allah rəhmət eləsin!(AzPost.az)














