Əməkdar artist Könül Kərimova şəxsi geyimlərini satışa çıxarmağa hazırlaşır.
Gündəm24.az xəbər verir ki, müğənni bu barədə “Qonaqcanlı” proqramında danışıb. O bildirib ki, illər ərzində topladığı geyimlər evdə çox yer tutduğu üçün onları satmaq qərarına gəlib. Sənətçi bunun üçün “Könül dünyamız” adlı mağaza açacaq:
“Qızım Ləman bu işdə mənə kömək edir. Şəxsi geyimlərimi satacağam. Neçə ildir sənətdəyəm. Baxdım ki, evdə paltar əlindən yer yoxdur. Qərara gəldim ki, satışa çıxarım. Bəzi geyimlər var ki, onları heç satmaq da istəmirəm, dəyərlidir. Onları qardaşımın qızına saxlayacağam. Paltarlar bitənə qədər mağaza fəaliyyət göstərəcək”.













