Cümə axşamı, Noyabr 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan-Litva parlamentlərarası əlaqələrinin genişləndirilməsi müzakirə edildi

26/11/2026 15:31
Manşet, Siyasət
778 49
Azərbaycan-Litva parlamentlərarası əlaqələrinin genişləndirilməsi müzakirə edildi
685
Paylaşım sayı
951
Baxış sayı

Azərbaycan və Litva parlamentlərarası işçi qruplarının fəaliyyətinin genişləndirilməsi və qarşılıqlı səfərlərin təşviqinin vacibliyi müzakirə olunub.

Gündəm24.az  xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova və Litvanın xarici işlər naziri Kestutis Budris arasındakı görüşdə söhbət aparılıb.

Görüşdə qeyd olunub ki, parlamentlərarası dialoq tərəflərin bir-birinin mövqeyini və maraqlarını düzgün anlaması, qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi, eləcə də informasiyanın obyektiv və qərəzsiz şəkildə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Eyni zamanda, beynəlxalq parlament təşkilatlarının da açıq və konstruktiv dialoqun təşviqində fəal iştirakının vacibliyi vurğulanıb.

Görüşdə həmçinin energetika və bərpa olunan enerji, humanitar, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu istiqamətlərdə əlaqələrin mövcud potensiala uyğun olaraq daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu bildirilib.

Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirən Litvanın xarici işlər naziri Kestutis Budris ötən gün Azərbaycan Prezidenti ilə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb, səfər çərçivəsində aparılan müzakirələrin və imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə bəyannamə”nin əhəmiyyətini vurğulayıb. Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirən qonaq ölkəsinin Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğulayıb. O, Cənubi Qafqazı strateji əməkdaşlıq regionu, Azərbaycanı isə Mərkəzi Asiyaya çıxış və Orta Dəhlizin inkişafı baxımından mühüm tərəfdaş kimi səciyyələndirib.

Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi haqqında da fikir mübadiləsi aparılıb. S.Qafarova Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyini deyib, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edib. Azərbaycanın regional sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirən K.Budris rəsmi Bakının Vaşinqton sammitində əldə olunmuş razılaşmalara sadiqliyini və onların həyata keçirilməsi istiqamətində nümayiş etdirdiyi siyasi iradəni təqdir edib.

Oxşarxəbərlər

Azərbaycan XİN Misirə başsağlığı verdi
Manşet

Azərbaycan XİN Misirə başsağlığı verdi

26/11/2026 15:20
953
Neft və yük gəmilərinə kiberhücum: ABŞ İrandan şübhələnir
Dünya

Neft və yük gəmilərinə kiberhücum: ABŞ İrandan şübhələnir

26/11/2026 15:17
952
Bazarı bürüyən təhlükəli toyuqlar – Məşhur firma da satırmış…
İqtisadiyyat

Bazarı bürüyən təhlükəli toyuqlar – Məşhur firma da satırmış…

26/11/2026 15:15
954
Bağça müəllimlərinin sertifikasiyasının tarixi dəyişdirildi
CƏMİYYƏT

Bağça müəllimlərinin sertifikasiyasının tarixi dəyişdirildi

26/11/2026 15:07
952
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir
Manşet

Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir

26/11/2026 15:05
951
İş saatı ilə bağlı AÇIQLAMA: İŞÇİLƏRİN NƏZƏRİNƏ
CƏMİYYƏT

İş saatı ilə bağlı AÇIQLAMA: İŞÇİLƏRİN NƏZƏRİNƏ

26/11/2026 15:00
954

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.