Azərbaycanda iqtisadi fəaliyyət sahələri üzrə iş saatlarının müddəti fərqlənir.
Ən yüksək göstərici ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində, ən aşağı göstərici isə digər sahələrdə xidmətlərin göstərilməsi üzrə qeydə alınıb.
Belə ki, ticarət sahəsində iş saatlarının müddəti 155,4 saat, digər sahələrdə xidmətlərin göstərilməsi üzrə isə 136,0 saat təşkil edib. Bu iki göstərici arasındakı fərq 19,4 saat olub.
Gündəm24.az Valyuta.az-a istinadən ən çox və ən az iş saatı olan sahələrin siyahısını təqdim edir.
| Ən çox iş saatı olan sahələr | Saat | Ən az iş saatı olan sahələr | Saat |
|---|---|---|---|
| Ticarət; nəqliyyat vasitələrinin təmiri | 155,4 | Digər sahələrdə xidmətlərin göstərilməsi | 136,0 |
| Turistlərin yerləşdirilməsi və ictimai iaşə | 155,2 | Təhsil | 137,3 |
| Tikinti | 154,8 | Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 141,3 |
| Dövlət idarəetməsi və müdafiə; sosial təminat | 154,4 | Peşə, elmi və texniki fəaliyyət | 143,5 |
| Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 153,4 | Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 144,2 |













