“Azərbaycan üzrə 15 yaş və üzəri əhalinin hər 1000 nəfərindən 974-nün təhsilli olması əslində çox mühüm göstəricidir”.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.
O bildirib ki, bu rəqəm təkcə statistik məlumat deyil, ölkədə savadlanmanın nə qədər geniş yayıldığını göstərir:
“Türkiyədə bu göstərici 930, Gürcüstanda 956, Qazaxıstanda 962 nəfərdir. Yəni Azərbaycan həm region üzrə, həm də postsovet məkanında savadlılıq səviyyəsinə görə ön sıralardadır. Dünya miqyasında orta göstəricinin 86 faiz olduğunu nəzərə alsaq, Azərbaycanın mövqeyi daha aydın görünür. İnkişaf etmiş ölkələrdə – Finlandiya, Estoniya, Yaponiya, Cənubi Koreya kimi təhsil nəhənglərində bu göstərici 97–99 faiz arasında dəyişir.
Azərbaycan onlardan bir qədər geri qalsa da, fərq böyük deyil və doğru siyasət davam etdikcə bu məsafə daha da azalacaq”.














