İlahə Telman qızı Fərmanlı 292 nömrəli tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin olunub.
Gündəm24.az redaktor.az-a istinadən xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə İlahə Fərmanlı yeni vəzifəyə təyin edilib.
Qeyd edək ki, pedaqoji fəaliyyətə 2016-cı ildə başlayan İlahə Fərmanlı bu təyinata qədər 76 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Məktəbin kollektivi yeni direktorun rəhbərliyi ilə təhsil müəssisəsinin uğurlarının daha da artacağına və yeni nailiyyətlər əldə ediləcəyinə ümidvar olduğunu bildirib.













