Cümə axşamı, Noyabr 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Özbəkistana vəsiqə ilə gedib istədiyimiz qədər qalacağıq

26/11/2026 15:30
Manşet, Siyasət
787 41
Özbəkistana vəsiqə ilə gedib istədiyimiz qədər qalacağıq
685
Paylaşım sayı
952
Baxış sayı

Azərbaycan və Özbəkistan parlamentləri arasında 2027–2028-ci illəri əhatə edən “Yol xəritəsi” imzalanıb. Sənəd iki ölkə arasında parlamentlərarası əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməklə yanaşı, müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsinə xidmət edəcək. Bununla paralel, Azərbaycan və Özbəkistan vətəndaşlarının şəxsiyyət vəsiqəsi əsasında qarşılıqlı səfərlərinin təşkili məsələsi də gündəmdədir. Bu təşəbbüsün reallaşması və vizasız gediş-gəliş imkanlarının genişləndirilməsi iki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə şərait yarada bilər. “Yol xəritəsi”nin imzalanmasının vəsiqə ilə gediş-gəliş, eləcə də vizasız qalmaq və işləmək kimi məsələlərin həllinə kömək edib-etməyəcəyi maraq doğurur.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan – Özbəkistan Parlamentlərararası işçi qrupunun üzvü Cavanşir Feyziyev bildirib ki, Azərbaycan və Özbəkistan parlamentləri arasında imzalanmış “Yol xəritəsi” iki ölkə arasında əlaqələrin bütün səviyyələrdə, o cümlədən parlamentlər səviyyəsində müttəfiqlik xarakteri daşıdığını göstərir:

“Ölkələrimiz arasında parlamentlərarası Forum təsis olunub ki, onun da birinci toplantısı bu il Özbəkistanın Xivə şəhərində keçirilib. Müxtəlif təsisatlar formasında şəbəkələnmiş əlaqələr qarşılıqlı münasibətlərin müttəfiqlik məzmununu zənginləşdirmək məqsədi daşıyır. Parlamentlər arasında müzakirə olunan bütün məsələlər hökümətlər arasında əməkdaşlıq münasibətlərini istiqamətləndirmək və xalqlarımızın birgə maraqlarına uyğun fəaliyyətləri dəstəkləməkdən ibarətdir”.

Deputat qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə fəaliyyət ölkələr arasında insanların sərbəst hərəkətini və maneəsiz mal – əmtəə dövriyyəsini təmin etməklə vahid iqtsadi – mədəni məkanın formalaşmasına xidmət edir:

“Bu öz-özlüyündə çox geniş və uzun zaman tələb edən bir transformasiyadır. Buna nail olmaq üçün ilk növbədə xalqlar arasında mədəni – humanitar əlaqələrin tam sərbəstləşdirilməsinə və eyni zamanda iqtisadi – ticari əlaqələrin maksimum dərəcədə liberallaşdırılmasına ehtiyac var. Azərbaycan və Özbəkistan arasındakı mövcud əlaqələrin məhz bu prinsiplər əsasında inkişaf etdirilməsi hər iki xalqın arzuladığı gələcək birgəyaşayış mühitinin formalaşdırılmasına yönəlib. Qarşılıqlı rəsmi səfərlər, müzakirə olunan əməkdaşlıq formatları, hər iki ölkənin hökümətləri tərəfindən icraya yönəldilən təşəbbüslər onu göstərir ki, dövlətlərimiz xalqdan gələn təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə əməli addımlar atılır”.

C.Feyziyev vurğulayıb ki, vizasız gediş – gəliş, istənilən müddət ərzində ölkə ərazisində qalmaq və işləmək icazələrinin sadələşdirilməsi ölkələr arasında müttəfiqlik münasibətlərinin ruhundan irəli gəlir.

“Ona görə də heç şübhə etmirəm ki, bu məsələlər yaxın gələcəkdə öz həllini tapacaq”, – deyə deputat vurğulayıb.

Oxşarxəbərlər

Azərbaycanda qiymətlər dəyişib: Ən çox bahalaşan və ucuzlaşan məhsullar
İqtisadiyyat

Azərbaycanda qiymətlər dəyişib: Ən çox bahalaşan və ucuzlaşan məhsullar

26/11/2026 18:30
952
Sumqayıtda ər arvadının başqa kişilərlə yazışdığını öyrəndi, baldızını da döydü
Hadisə

Sumqayıtda ər arvadının başqa kişilərlə yazışdığını öyrəndi, baldızını da döydü

26/11/2026 17:54
951
Sarvan Cəfərov Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edildi
CƏMİYYƏT

Sarvan Cəfərov Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edildi

26/11/2026 17:44
953
Bakı məktəbinə yeni direktor TƏYİNATI
CƏMİYYƏT

Bakı məktəbinə yeni direktor TƏYİNATI

26/11/2026 17:26
953
Manaf Ağayevin görüntüləri REZONANS DOĞURDU- VİDEO
Manşet

Manaf Ağayevin görüntüləri REZONANS DOĞURDU- VİDEO

26/11/2026 17:23
953
Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa olunur – AÇIQLAMA
CƏMİYYƏT

Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa olunur – AÇIQLAMA

26/11/2026 17:20
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda qiymətlər dəyişib: Ən çox bahalaşan və ucuzlaşan məhsullar

Azərbaycanda qiymətlər dəyişib: Ən çox bahalaşan və ucuzlaşan məhsullar

26/11/2026 18:30
952
Sumqayıtda ər arvadının başqa kişilərlə yazışdığını öyrəndi, baldızını da döydü

Sumqayıtda ər arvadının başqa kişilərlə yazışdığını öyrəndi, baldızını da döydü

26/11/2026 17:54
951
Sarvan Cəfərov Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edildi

Sarvan Cəfərov Prezident Administrasiyasında yüksək vəzifəyə təyin edildi

26/11/2026 17:44
953
Bakı məktəbinə yeni direktor TƏYİNATI

Bakı məktəbinə yeni direktor TƏYİNATI

26/11/2026 17:26
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

26/11/2026 08:09
957

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

25/11/2026 09:47
957

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

24/11/2026 09:39
963

Qərbi Azərbaycanın Qaraiman kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qaraiman kəndi – Göyçənin qədim türk yurdlarından biri

23/11/2026 09:04
967

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In