Cümə, Noyabr 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyev Qanun İMZALADI

27/11/2026 16:33
Manşet, Siyasət
795 33
İlham Əliyev Qanun İMZALADI
685
Paylaşım sayı
952
Baxış sayı
Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib.
Gündəm24.az  xəbər verir ki, qanuna əsasən, 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.
Nazirlər Kabineti tərəfindən Sazişin Podratçı tərəflərinə Sazişin 2009-cu il fevralın 27-də imzalanmış ilkin redaksiyası üzrə verilmiş və Sazişin həmin redaksiyası ilə birlikdə Azərbaycan Respublikasının 2009-cu il 22 may tarixli 814-IIIQ nömrəli Qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri qüvvədə qalır.
Sazişin əsas mətninə edilmiş 12 Əlavə qəbul və təsdiq edilir və onların həyata keçirilməsinə icazə veriləcək.
Bu Qanun qüvvəyə mindikdən sonra Saziş və Əlavələr Qanun olur, Hökumət təminatı isə Azərbaycan Respublikasının Qanunu olaraq qüvvəsini saxlayır. Sazişdə konkret surətdə başqa hallar müəyyən edilmədiyi təqdirdə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir (bu Qanunun 2-ci maddəsi və Sazişin onun dəyişdirilməsinin və yeni redaksiyada tərtib edilməsinin hüquqi nəticələrinə dair müddəaları nəzərə alınmaqla), habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin Podratçı tərəflərinə kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
Bu Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquqi varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və icazələr verilir.
Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin şərtlərinə və müddəalarına uyğun olaraq Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.

Oxşarxəbərlər

Bakının bu qəsəbəsinə şəhər statusu verilə bilər
CƏMİYYƏT

Bakının bu qəsəbəsinə şəhər statusu verilə bilər

27/11/2026 15:54
951
3 bayram ard-arda gəlir: Ardıcıl istirahət günləri-TƏQVİM
CƏMİYYƏT

3 bayram ard-arda gəlir: Ardıcıl istirahət günləri-TƏQVİM

27/11/2026 15:50
951
Baş nazir qərar imzaladı
CƏMİYYƏT

Baş nazir qərar imzaladı

27/11/2026 15:23
951
Bakıda AĞIR QƏZA: ölən var
Hadisə

Bakıda AĞIR QƏZA: ölən var

27/11/2026 15:07
954
Bakıya 3 gün yağış yağacaq – Bu tarixlərdə
CƏMİYYƏT

Bakıya 3 gün yağış yağacaq – Bu tarixlərdə

27/11/2026 14:54
953
Boşanan valideynlərə PİS XƏBƏR: YENİ ALİMENT YAŞI…
CƏMİYYƏT

Boşanan valideynlərə PİS XƏBƏR: YENİ ALİMENT YAŞI…

27/11/2026 14:23
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyev Qanun İMZALADI

İlham Əliyev Qanun İMZALADI

27/11/2026 16:33
952
Bakının bu qəsəbəsinə şəhər statusu verilə bilər

Bakının bu qəsəbəsinə şəhər statusu verilə bilər

27/11/2026 15:54
951
3 bayram ard-arda gəlir: Ardıcıl istirahət günləri-TƏQVİM

3 bayram ard-arda gəlir: Ardıcıl istirahət günləri-TƏQVİM

27/11/2026 15:50
951
Baş nazir qərar imzaladı

Baş nazir qərar imzaladı

27/11/2026 15:23
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Adamxan kəndi – Göyçə mahalının qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Adamxan kəndi – Göyçə mahalının qədim Azərbaycan yurdu

27/11/2026 08:34
955

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

26/11/2026 08:09
964

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

25/11/2026 09:47
959

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

24/11/2026 09:39
966

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.