ABŞ və İsrailin İranın Ali rəhbəri Əli Xameneiyə sui-qəsd cəhdləri olub.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə İranın kəşfiyyat naziri Esmail Xətib məlumat yayıb.
Xətib bildirib ki, İranın düşmənlərinin bu cür niyyətləri İran və İsrail arasında iyun müharibəsindən əvvəl nadir hallarda baş verirdi.
O, İsrailin 12 günlük müharibə zamanı ölkədəki rəsmilərə və nüvə obyektlərinə zərbələr endirdiyini xatırladıb.














