Ukrayna prezidenti Volodimir Zelenskinin ətrafı ABŞ lideri Donald Trampla yeni mübahisədən ehtiyatlanaraq ona Vaşinqtona səfər etməməyi msləhət görüb.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.
Məlumata görə, bu mübahisənin ABŞ tərəfindən təklif olunan sülh planı üzrə danışıqlarda irəliləyişi pozacağından ehtiyat edilir.
Nəşr yazır ki, Trampın bu həftə Zelenski ilə razılaşmanı möhkəmləndirmək üçün görüşüb-görüşməyəcəyi haqda müzakirələr aparılıb. Lakin məsləhətçilər həftəsonu əldə edilən nailiyyətləri sarsıda biləcək münaqişə riskindən qaçmaq üçün ona Kiyevdə qalmağı tövsiyə ediblər.














