Almaniya kansleri Olaf Merz sosial şəbəkədə yazıb ki, Avropa hazırda tarixi dönüş nöqtəsindən keçir.
Gündəm24.az xəbər verir ki, onun sözlərinə görə, avropalılar Ukraynada atəşkəsin və ədalətli sülhün mümkün qədər tez əldə olunmasını dəstəkləyirlər, lakin belə bir nəticəyə dərhal nail olmaq mümkün deyil.
“Məqsədimiz Avropanın təhlükəsizliyini təmin etməkdir. Ukraynada sülh bir anda əldə olunmayacaq. Birgə sülh planı prosesi başlatmağa hesablanıb. Amma bunun üçün Rusiya indi danışıqlar masasına oturmalıdır. Bu istiqamətdə real iradə görünmədiyi müddətcə nə proses, nə də sülh olacaq”, — deyə Merz vurğulayıb.
Əli Səfərli,
Gündəm24.az













