Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldonun evlilik tarixi bəlli olub.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Jornal da Madeira” məlumat yayıb.
Bildirilib ki, futbolçu sevgilisi Corcina Rodrigezlə 2026-cı ilin yayında Madeyra adasında ailə quracaq.
“Toy mərasimi Ronaldonun doğulduğu Funşaldakı kilsədə baş tutacaq və məclis dəbdəbəli oteldə davam edəcək. Ronaldo iyunun 11-dən iyulun 19-dək davam edəcək dünya çempionatından sonra evlənəcək”, – deyə əlavə edilib.














