Şənbə, İyun 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Cümşüdün ölümü ilə bağlı məhkəmə başladı – VİDEO

27/11/2025 12:02
Hadisə
48 0
Cümşüdün ölümü ilə bağlı məhkəmə başladı – VİDEO
61
Baxış sayı

 

“Baksol yolu”adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı açılan cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsi başlayıb.

Gündəm24.az  APA-ya istinadən xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah olunub.

Azər Cümşüdovun vəkili Anar Ramazanov bildirib ki, işə dünən qoşulduğu üçün cinayət işinin materialları ilə tanış deyil.

Vəkil deyib ki, bəzi sübutların çıxarılması və ya əlavə olunması ilə bağlı vəsatətlər də yalnız hazırlıq iclasında verilə bilər. Buna görə vəkil məhkəmədən iclasın təxirə salınmasını xahiş edib.

Azər Cümşüdov da vəkili ilə razılaşıb: “Bu cinayət işi ilə mənim əlaqəm yoxdur. İstintaq müddətində dövlət hesabına olan vəkilimlə əlaqəm olmayıb. Cinayət işi ilə tanış deyiləm. Özümü isə qəti təqsirli bilmirəm. Sübutlarım var, həmin dövrdə orada işləməmişəm. Bununla bağlı müvafiq əmrlər var”.

Məhkəmənin qərarı ilə hazırlıq iclası dekabrın 9-na təxirə salınıb.

Qeyd edək ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Oxşarxəbərlər

Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar – Video
Hadisə

Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar – Video

27/06/2026 15:42
54
9-cu sinif şagirdi vəfat etdi
Hadisə

9-cu sinif şagirdi vəfat etdi

27/06/2026 14:20
54
Türkiyədə 800 minlik saxta evlilik – Azərbaycanlı qadın həbs edildi – Video
Hadisə

Türkiyədə 800 minlik saxta evlilik – Azərbaycanlı qadın həbs edildi – Video

27/06/2026 14:00
56
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapıldı
Hadisə

Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapıldı

27/06/2026 13:00
54
Dərnəgül yolunda dəhşətli hadisə – Video
Hadisə

Dərnəgül yolunda dəhşətli hadisə – Video

27/06/2026 12:37
54
Azərbaycanda FACİƏ: Ev KÜLƏ DÖNDÜ
Hadisə

Azərbaycanda FACİƏ: Ev KÜLƏ DÖNDÜ

27/06/2026 12:23
54

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir – “Onu torpaq altında təsəvvür edə bilmirəm”

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir – “Onu torpaq altında təsəvvür edə bilmirəm”

27/06/2026 19:04
50
Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı

27/06/2026 17:19
55
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?

Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?

27/06/2026 17:05
54
TƏCİLİ! Tehrana zərbələr endirildi

TƏCİLİ! Tehrana zərbələr endirildi

27/06/2026 16:34
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
86

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
72

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
55

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
87

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.