Bazar ertəsi, Aprel 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Həbsdə olan müğənni Dənizdən xəbər var

27/11/2025 14:00
Hadisə
43 2
Həbsdə olan müğənni Dənizdən xəbər var
57
Baxış sayı

Dövlətə 1.6 milyon manat dəyərində zərər vurmaqda və müğənni Dəniz Əsədovaya qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Gündəm24.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə cinayət işində zərərçəkən kimi tanınan və hazırda həbsdə olan müğənni Dəniz Əsədovanın şahid kimi ifadəsi dinlənilib.

Zərərçəkən müğənni məhkəmədə ifadəsi zamanı Rauf İsfəndiyarov tərəfindən zərər görmədiyini və bu işdə digərlərinin dolayı yolla təqsirinin olduğunu vurğulayaraq bildirib ki, ibtidai istintaq bu işlə bağlı müəyyən yanlışlıqlara yol verib.

Müğənni məhkəmədəki ifadəsi zamanı ibtidai istintaqdakı ifadəsindən fərqli olaraq qeyd edib ki, o, Rauf İsfəndiyarova 59 500 manatı rüşvət qismində və yaxud hər hansı bir sənədləşmə prosesi üçün yox, borc kimi verib.

Vaxt məhdudiyyətindən müğənninin ifadəsinin davamı dekabrın 25-də keçirilməsi nəzərdə tutulan növbəti prosesdə dinləniləcək.

Qeyd edək ki, sabiq baş həkim müğənninin şikayəti əsasında saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilsə də, məhkəmə prosesinin gedişində Rauf İsfəndiyarov ev dustaqlığına buraxılıb. Zərərçəkən müğənni isə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə həbs olunub. Onun barəsində cinayət işi açılaraq istintaqı aparılır.

Sabiq baş həkimlə bağlı ittiham aktında qeyd olunub ki, Rauf İsfəndiyarov Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən 2016-cı ilin iyul ayından başlayaraq 2017-ci ilin may ayınadək olan müddətə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 2 170 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb.

Bundan başqa, Rauf İsfəndiyarov Bakıdakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə müğənni Dəniz Əsədovaya məxsus 260 min manat və 59 500 manat məbləğində pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.

İstintaqla müəyyən edilib, eyni zamanda, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək 136 adda şəxsə əlillik dərəcəsinin təyin edilməsinə və pensiya təminatı, sosial müavinət və qulluğa görə ödəniş qismində onların hesablarına kömək edəcəyi vədi verərək, ümumilikdə 1 milyon 600 manat məbləğində pul vəsaitini mənimsəyib. R.İsfəndiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyəti ilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törədib.

Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Oxşarxəbərlər

Anasına gülümsəyərək dediyi son söz – Məni öpməyəcəksən? – VİDEO
Hadisə

Anasına gülümsəyərək dediyi son söz – Məni öpməyəcəksən? – VİDEO

12/04/2026 13:30
58
Azərbaycanda torpaq SÜRÜŞMƏSİ – Video
Hadisə

Azərbaycanda torpaq SÜRÜŞMƏSİ – Video

12/04/2026 11:46
56
Azərbaycanda ağır YOL QƏZASI: Ölən var
Hadisə

Azərbaycanda ağır YOL QƏZASI: Ölən var

12/04/2026 10:54
64
Bakıda torpaq sürüşməsi: avtomobillərə ziyan dəydi – VİDEO
Hadisə

Bakıda torpaq sürüşməsi: avtomobillərə ziyan dəydi – VİDEO

11/04/2026 14:04
58
İki nəfər dönərdən zəhərləndi
Hadisə

İki nəfər dönərdən zəhərləndi

11/04/2026 12:45
62
Təzə alınan evdə cadu TAPDILAR- VİDEO
Hadisə

Təzə alınan evdə cadu TAPDILAR- VİDEO

11/04/2026 12:43
67

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tanınmış həkim dünyasını dəyişdi – FOTO

Tanınmış həkim dünyasını dəyişdi – FOTO

12/04/2026 21:55
57
İyuldan sentyabra qədər… çox isti olacaq – XƏBƏRDARLIQ

İyuldan sentyabra qədər… çox isti olacaq – XƏBƏRDARLIQ

12/04/2026 21:12
55
Azərbaycanda yenə qohum evliliyi baş tutub – Qanuna ƏMƏL ETMİRLƏR

Azərbaycanda yenə qohum evliliyi baş tutub – Qanuna ƏMƏL ETMİRLƏR

12/04/2026 20:57
56
80 manat alanlarla bağlı AÇIQLAMA

80 manat alanlarla bağlı AÇIQLAMA

12/04/2026 20:52
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
152

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
65

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
124

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
138

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.