Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək.
Gündəm24.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
Belə ki, sözügedən məvacib komissiya üzvlərinə 2025-ci il üzrə dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsində layihələrin qiymətləndirilməsinə görə veriləcək.
Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək:
- Quliyev Elçin Musa oğlu,
- Salayev Ayaz Ramiz oğlu,
- Məmmədova Şəfiqə Haşımovna,
- Məmmədov Nəriman Kamileviç,
- Məmmədov Hikmət Baba oğlu,
- Məmmədov Vüsal Fəxrəddin oğlu.














