Şənbə, Aprel 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ramiz Mehdiyev daha bir vəzifəsindən azad edildi – Sərəncam

28/11/2025 13:55
Gündəm, Manşet
53 2
Ramiz Mehdiyev daha bir vəzifəsindən azad edildi – Sərəncam
70
Baxış sayı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibindən çıxarılıb.

Gündəm24.az  bildirir ki, Modern.az saytının əldə etdiyi eksklüziv məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı 12 noyabr 2025-ci il tarixli 797 nömrəli Sərəncam imzalayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev 2024-cü ilin oktyabrına kimi Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini postunu tutub. Ötən ilin oktyabrında Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, redaksiya heyəti sədrinin birinci müavini postu ləğv edilib. Nəticədə Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibində sadəcə adi üzv kimi qalıb.

Beləliklə, 12 noyabr 2025-ci il tarixli Sərəncamla R.Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin adi üzvlüyündən də çıxarılıb.

Xatırladaq ki, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sonuncu tərkibi dövlət başçısının 1 noyabr 2018-ci il tarixli 636 nömrəli Sərəncamı ilə təsdiqlənib.

Hazırda Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri Prezident İlham Əliyevdir.

Redaksiya heyəti sədrinin müavinləri Akif Əlizadə (AMEA-nın həqiqi üzvü), İbrahim Quliyev (AMEA-nın həqiqi üzvü) və Anar Rzayevdir (Xalq yazıçısı).

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru İsa Həbibbəyli (AMEA-nın prezidenti), məsul katibi Tofiq Nağıyevdir (AMEA-nın vitse-prezidenti).

Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bir müddət öncə Səbail rayon Məhkəməsində Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademikasının həqiqi üzvüdür.

Oxşarxəbərlər

Baş nazir yeni əmr imzaladı
Manşet

Baş nazir yeni əmr imzaladı

24/04/2026 16:06
54
Əli Əsədov əmr imzaladı
Manşet

Əli Əsədov əmr imzaladı

24/04/2026 15:59
55
İlham Əliyev fərman imzaladı
Manşet

İlham Əliyev fərman imzaladı

24/04/2026 13:50
56
XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya
Gündəm

XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya

24/04/2026 12:54
56
Prezident Samir Şərifova yeni vəzifə verdi – SƏRƏNCAM
Manşet

Prezident Samir Şərifova yeni vəzifə verdi – SƏRƏNCAM

24/04/2026 12:28
56
Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
Manşet

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM

24/04/2026 12:19
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda avtobus kişini vuraraq öldürdü

Bakıda avtobus kişini vuraraq öldürdü

25/04/2026 11:24
55
Azərbaycanda ət tapılmayacaq? – Qiymətlət niyə bahalaşır

Azərbaycanda ət tapılmayacaq? – Qiymətlət niyə bahalaşır

25/04/2026 11:12
59
Göyçayda marketdə yanğın- VİDEO

Göyçayda marketdə yanğın- VİDEO

25/04/2026 11:02
50
9 nəfəri öldürən İsanın anasından ŞOK İFADƏ

9 nəfəri öldürən İsanın anasından ŞOK İFADƏ

25/04/2026 11:00
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
76

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
66

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
76

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.