Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Cəlilabadda sensasiyalı tapıntı: Cənubi Qafqazda analoqu yoxdur – FOTO

05/07/2026 19:52
CƏMİYYƏT
834 26
Cəlilabadda sensasiyalı tapıntı: Cənubi Qafqazda analoqu yoxdur – FOTO
711
Paylaşım sayı
988
Baxış sayı

Cəlilabad rayonunda Cənubi Qafqaz üçün analoqu olmayan sferik daş kürə aşkar edilib.

 

Gündəm24.az xəbər verir ki, tapıntı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

 

Vəfa Mahmudovanın sözlərinə görə, aşkar edilən sferik daş kürə Cənubi Qafqaz Neolit dövrünün indiyədək məlum olan ən maraqlı cilalanmış daş məmulatlarından biridir. Mövcud elmi nəşrlərə əsasən, bu tapıntının morfoloji baxımdan regionda birbaşa analoqu hələlik qeydə alınmayıb. Bu səbəbdən daş kürə həm hazırlanma texnologiyası, həm də funksional təyinatı baxımından xüsusi elmi əhəmiyyət daşıyır və Levant-Anadolu-Cənubi Qafqaz əlaqələrinin öyrənilməsi üçün yeni məlumat mənbəyi hesab olunur.

Alimin sözlərinə görə, tapıntının ən diqqətçəkən xüsusiyyəti onun üzərində heç bir deşik və ya zərbə izinin olmamasıdır. Daş kürənin hansı məqsədlə istifadə edildiyini hələlik dəqiq müəyyənləşdirmək mümkün deyil. Ehtimal edilir ki, o, ritual xarakteri daşıyıb və ya çəki ölçüsü kimi istifadə olunub. Bunun dəqiqləşdirilməsi üçün əlavə tədqiqatlar aparılacaq və müvafiq mütəxəssislər cəlb ediləcək.

Tapıntının çəkisi 1 kiloqram 870 qram, diametri isə təxminən 10 santimetrdir.

 

Vəfa Mahmudova bildirib ki, Paşatəpə abidəsində qazıntı sahəsi də genişləndirilib və tədqiqatlar 45-50 santimetr dərinlikdə davam etdirilib. Yeni qazıntı sahəsində qiymətli arxeoloji materiallar aşkarlanıb. İlkin araşdırmalar zamanı orta əsrlərə aid olduğu ehtimal edilən drenaj sistemi – su xəttlərində istifadə olunan küp borular qeydə alınıb. Onların dəqiq dövrü sonrakı elmi tədqiqatlarla müəyyən ediləcək.

Bununla yanaşı, Əliköməktəpə abidəsində də baxış keçirilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları ilə birlikdə abidənin əvvəlki koordinatları müəyyənləşdirilib. Arxiv materialları əsasında aparılan araşdırmalar nəticəsində abidənin əsl mühafizə zonası dəqiqləşdirilib və hazırda zəbt olunmuş ərazinin sərhədləri üzə çıxarılıb.

Hazırda arxeoloji qazıntı və tədqiqat işləri davam etdirilir. Report.az

Oxşarxəbərlər

Ayı 2 nəfəri parçaladı
CƏMİYYƏT

Ayı 2 nəfəri parçaladı

20/09/2026 15:00
975
Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı
CƏMİYYƏT

Sumqayıtda qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı

20/09/2026 14:21
957
Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 
CƏMİYYƏT

Məşhur “duz səpən” Nüsrət üzə çıxdı – görün nə işlə məşğuldur 

20/09/2026 11:00
966
Qarabağda qondarma rejimin süqutundan üç il ötür
CƏMİYYƏT

Qarabağda qondarma rejimin süqutundan üç il ötür

20/09/2026 09:50
958
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO
CƏMİYYƏT

Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər – VİDEO

20/09/2026 09:22
958
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
CƏMİYYƏT

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20/09/2026 09:13
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Araqçi Nyu-Yorka gedir

Araqçi Nyu-Yorka gedir

21/09/2026 02:28
952
Fransa və Kanada enerji cəbhəsində birləşir

Fransa və Kanada enerji cəbhəsində birləşir

21/09/2026 02:26
955
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi

21/09/2026 02:24
958
Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

Tacir Şahmalıoğlunun ailəsindən paylaşım: “O dünyaya…”

21/09/2026 00:31
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
962

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.