Çərşənbə axşamı, Oktyabr 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Müştəri getdiyi restoranın mətbəxinə baxa bilərmi? – AÇIQLAMA

01/12/2025 13:01
Manşet, Müsahibə
802 51
Müştəri getdiyi restoranın mətbəxinə baxa bilərmi? – AÇIQLAMA
706
Paylaşım sayı
981
Baxış sayı

Son günlər sosial şəbəkələrin Türkiyə seqmentində vaxtilə restoran və kafelərdə çalışan şəxslərin etirafları diqqət çəkib.

Gündəm24.az  Ölkə.Az-a istinadən xəbər verir ki, çox sosial şəbəkə istifadəçisi məhsulların anbarlarda antisanitar şəraitdə saxlanılması, ucuz və ya xarab məhsullardan istifadə edilməsi, qab-qaşığın təmiz yuyulmaması ilə bağlı açıqlamalar veriblər.

“Restoranlarda heç nə yeməyin”, “bunların necə hazırlandığını görsəniz, əl vurmazsınız” kimi başlıqlarla yayılan videolar narahatlıq doğurub.
Ölkəmizdə də belə halların olması istisna deyil. Aidiyyəti dövlət qurumları tərəfindən yoxlamalar aparılmasına baxmayaraq, restoranlarda masala və stullarda çirk, yeməklərlə bağlı şikayətlər kimi müxtəlif hallara rast gəlinir.

Hər bir müştəri daxil olduğu iaşə obyektinin sanitariya tələblərinə uyğun fəaliyyət göstərməsini arzulayır.
Bəs müştərinin mətbəxə girib vəziyyətlə tanış olmağa haqqı varmı?

Gundem24.az   Olke.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan qida mütəxəssisi İlkin Şirinov kafe və restoranların müştərinin suallarından yayınmasının yolverilməz olduğunu bildirib. O deyib ki, qurumlar məhsulların saxlanma şəraiti və istifadə edilən ərzaqlar barədə məlumat verməkdən imtina edə bilməz. Mütəxəssis vurğulayıb ki, şəffaflıq qida təhlükəsizliyinin əsas şərtidir.

“Ümumiyyətlə, restoran və kafelərdə antisanitar vəziyyətin müzakirəsi hər zaman diqqət mərkəzində olan məsələlərdir. Çünki burada sual yaranır: müştərinin mətbəxə daxil olmaq hüququ varmı?
Müştərinin mətbəxə daxil olmaq hüququ var, amma şərtlidir. Qanun birbaşa “müştəri mətbəxə girməlidir” demir. Lakin “Qida təhlükəsizliyi haqqında” qanuna görə obyekt şəffaf fəaliyyət göstərməlidir və müştərinin qida ilə bağlı suallarına tam şəkildə cavab verilməlidir.
İstehlakçıya təhlükəsizliklə bağlı məlumat verməkdən imtina etmək olmaz. Əgər müştəri hər hansı qida, mətbəxin fəaliyyəti və ya sanitariya normaları barədə məlumat almaq istəyirsə, buna cavab verməmək mümkün deyil.

Müştərinin mətbəxə baxmaq istəyi də mümkündür, amma kütləvi halda yox. Onun mətbəxə buraxılması iaşə obyektinin şərtlərinə bağlıdır. Obyekt sahibi “sən bura girə bilməzsən” deyə bilər, amma bunun əsaslandırılması vacibdir. Gigiyena səbəbi ilə müştəriyə əlcək və ya baş örtüyü təqdim etmək şərti ilə o, mətbəxə baxa bilər”.

İ.Şirinov hesab edir ki, ən yaxşı variant mətbəxin şəffaf fəaliyyət göstərməsidir:

“Artıq bir çox obyektlər açıq mətbəx qurur. Müştərilər zalda oturduqları yerdən mətbəxi açıq şəkildə görə bilirlər. Bəziləri isə mətbəxdəki prosesi videokameralarla ekrana verirlər. Bu da müştəridə müsbət fikir yaradır.

Əgər obyekt müştəriyə “girmək olmaz” deyirsə və səbəbini izah etmirsə, bu artıq qırmızı siqnaldır. Səbəbin niyə izah edilməməsi şübhə yaradır. Deməli, bu obyektdə normalara cavab verilmir, ucuz xammaldan istifadə olunur, soyuducu və anbar rejimi pozulub, yeməklər antisanitar şəraitdə saxlanılır və s.
Həmçinin aşpazların şəxsi gigiyenaya əməl etməməsi və ya xəstə halda işləməsi də problem yaradır. Bu hallar sonda müştərilərin kütləvi narazılığına səbəb olur”.

Oxşarxəbərlər

Roma Papası xəstəxanaya yerləşdirildi
Dünya

Roma Papası xəstəxanaya yerləşdirildi

13/10/2026 17:41
951
Qırğızıstan Prezidenti sabah Azərbaycana gələcək – AQEM-in tədbirində iştirak edəcək
Dünya

Qırğızıstan Prezidenti sabah Azərbaycana gələcək – AQEM-in tədbirində iştirak edəcək

13/10/2026 17:37
951
Nadir Qafarzadədən ŞOK AÇIQLAMA: ‘İndi Pulsuz Oğlanı Anası da Sevmir’
Manşet

Nadir Qafarzadədən ŞOK AÇIQLAMA: ‘İndi Pulsuz Oğlanı Anası da Sevmir’

13/10/2026 17:15
966
Güclü maqnit qasırğası qeydə alındı – Həssas insanlar üçün xəbərdarlıq
Manşet

Güclü maqnit qasırğası qeydə alındı – Həssas insanlar üçün xəbərdarlıq

13/10/2026 17:12
952
Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi
CƏMİYYƏT

Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi

13/10/2026 17:04
952
Metro gücləndirilmiş rejimdə çalışacaq
CƏMİYYƏT

Metro gücləndirilmiş rejimdə çalışacaq

13/10/2026 16:49
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Roma Papası xəstəxanaya yerləşdirildi

Roma Papası xəstəxanaya yerləşdirildi

13/10/2026 17:41
951
Qırğızıstan Prezidenti sabah Azərbaycana gələcək – AQEM-in tədbirində iştirak edəcək

Qırğızıstan Prezidenti sabah Azərbaycana gələcək – AQEM-in tədbirində iştirak edəcək

13/10/2026 17:37
951
Nadir Qafarzadədən ŞOK AÇIQLAMA: ‘İndi Pulsuz Oğlanı Anası da Sevmir’

Nadir Qafarzadədən ŞOK AÇIQLAMA: ‘İndi Pulsuz Oğlanı Anası da Sevmir’

13/10/2026 17:15
966
Güclü maqnit qasırğası qeydə alındı – Həssas insanlar üçün xəbərdarlıq

Güclü maqnit qasırğası qeydə alındı – Həssas insanlar üçün xəbərdarlıq

13/10/2026 17:12
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

13/10/2026 08:14
984

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

12/10/2026 14:53
976

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

12/10/2026 14:38
977

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

12/10/2026 08:49
958

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In