Çərşənbə, Oktyabr 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və Qayıdış hüququ” adlı III Beynəlxalq Konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir

06/12/2025 21:00
Manşet, Qərbi Azərbaycan
839 8
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və Qayıdış hüququ” adlı III Beynəlxalq Konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir
701
Paylaşım sayı
974
Baxış sayı

6 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin sədri, Namangan Dövlət Universitetinin rektoru Dr. Abdugappor Kirgizbayev arasında görüş baş tutub.

Görüşün əvvəlində Əziz Ələkbərli ilk olaraq Qərbi Azərbaycan məsələsini diqqətə çatdıraraq, qərbi azərbaycanlıların öz tarixi torpaqlarından deportasiya olunması, bir əsrdə dörd dəfə etnik təmizləməyə məruz qalmaları və üzləşdikləri tarixi ədalətsizliklər barədə ətraflı məlumat verib. O, bu məsələnin regiondakı sülh və ədalət mexanizmlərinin əsas elementlərindən biri olduğunu qeyd edərək beynəlxalq səviyyədə daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb.

Görüş zamanı İcma sədri həmçinin qardaş Azərbaycan və Özbəkistan xalqları arasındakı dostluq münasibətlərindən, mədəni oxşarlıqdan və tarixi bağlardan bəhs edərək, özbək dilinin Azərbaycan dilinə yaxınlığının xalqlar arasında ünsiyyəti daha da asanlaşdırdığını bildirib. Qonaq isə bu səbəbdən söhbətin tərcümə olmadan aparılmasından məmnunluğunu ifadə edib.

Əziz Ələkbərli Qarabağ torpaqlarının işğaldan azad edilməsindən sonra aparılan genişmiqyaslı bərpa işlərinə toxunaraq, məhz Özbəkistan tərəfindən Qarabağda ilk məktəbin inşa olunmasını böyük qardaşlıq rəmzi kimi qiymətləndirib.Mirzə Uluqbəy adına olan bu məktəbin Azərbaycan–Özbəkistan dostluğunun parlaq nümunəsi olduğu bildirilib.

Söhbət zamanı Əziz Ələkbərli Özbəkistanın ictimai-siyasi həyatında mühüm rol oynamış bir sıra şəxsləri, o cümlədən Maqsud Şeyxzadə kimi ziyalıları hörmətlə xatırlayıb. O, həmçinin Türk Dövlətləri Təşkilatının fəaliyyəti, türk dünyasında inteqrasiya prosesləri və gələcək strateji hədəflər barədə fikirlərini bölüşüb.

İcma sədri ortaq türk əlifbasının artıq formalaşdığını, lakin ortaq türk dilinin müəyyən edilməsinin də gələcək əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüş zamanı Dr. Abdugappor Kirgizbayev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan–Özbəkistan əlaqələrinin hər zaman yüksək səviyyədə olduğunu, 2004-cü ildə Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfərini və böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışında iştirakının hörmətlə xatırlandığını bildirib.

Söhbətin davamında Əziz Ələkbərli Özbəkistanda Qərbi Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində tədbirlərin keçirilməsinin arzuolunan olduğunu qeyd edib və bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşün sonunda Dr. Kirgizbayev İcma sədrinə simvolik hədiyyə təqdim edib, daha sonra görüş xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

İkitərəfli görüş, Azərbaycan–Özbəkistan dostluğunun daha da möhkəmlənməsinə və Qərbi Azərbaycan məsələsinin beynəlxalq platformalarda daha geniş tanıdılmasına mühüm töhfə kimi dəyərləndirilib.

Oxşarxəbərlər

Əfqanıstan BBC-nin yayımını dayandırdı
Dünya

Əfqanıstan BBC-nin yayımını dayandırdı

13/10/2026 22:45
951
Tanınmış səfir vəfat etdi – Azərbaycanda da olmuşdu
Dünya

Tanınmış səfir vəfat etdi – Azərbaycanda da olmuşdu

13/10/2026 22:13
952
XƏBƏRDARLIQ!Oktyabrın 14-ü saat 08:00-dan…
CƏMİYYƏT

XƏBƏRDARLIQ!Oktyabrın 14-ü saat 08:00-dan…

13/10/2026 22:10
952
Anasından 2 saat sonra oğlu da ÖLDÜ
Dünya

Anasından 2 saat sonra oğlu da ÖLDÜ

13/10/2026 21:42
954
Əmrahın oğlu Bakı metrosundan paylaşım etdi – VİDEO
Manşet

Əmrahın oğlu Bakı metrosundan paylaşım etdi – VİDEO

13/10/2026 21:40
951
Ərdoğandan bunu xahiş edəcəyəm… – Tramp
Dünya

Ərdoğandan bunu xahiş edəcəyəm… – Tramp

13/10/2026 21:29
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Əfqanıstan BBC-nin yayımını dayandırdı

Əfqanıstan BBC-nin yayımını dayandırdı

13/10/2026 22:45
951
Tanınmış səfir vəfat etdi – Azərbaycanda da olmuşdu

Tanınmış səfir vəfat etdi – Azərbaycanda da olmuşdu

13/10/2026 22:13
952
XƏBƏRDARLIQ!Oktyabrın 14-ü saat 08:00-dan…

XƏBƏRDARLIQ!Oktyabrın 14-ü saat 08:00-dan…

13/10/2026 22:10
952
Anasından 2 saat sonra oğlu da ÖLDÜ

Anasından 2 saat sonra oğlu da ÖLDÜ

13/10/2026 21:42
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

13/10/2026 08:14
984

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

12/10/2026 14:53
976

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

12/10/2026 14:38
978

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

12/10/2026 08:49
958

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.