Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Hacıyevdən ermənilərə mesaj: Qriqoryanla müzakirədə elan etdi – Hədəf bilindi

09/12/2025 12:30
Manşet, Siyasət
844 9
Hacıyevdən ermənilərə mesaj: Qriqoryanla müzakirədə elan etdi – Hədəf bilindi
706
Paylaşım sayı
980
Baxış sayı

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Dohada keçirilən beynəlxalq foruma qatılıb. Forum çərçivəsində bir çox məsələyə toxunan H. Hacıyev diqqətçəkən açıqlamalar verib.

Həmçinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da forumda Hacıyevlə eyni panel müzakirəsində iştirak edib. Hər iki ölkənin rəsmisi Azərbaycan və Ermənistan xalqlarına sülh mesajları verib, əlaqələrin qurulması və münasibətlərin normallaşması prosesinin davam etdiriləcəyini bildiriblər.

Gündəm24.az  Globalinfo.az-a istinadla xəbər verir ki, politoloq Züriyə Qarayeva deyib ki, Hikmət Hacıyevin Dohada səsləndirdiyi fikirlər Azərbaycan diplomatiyasının sülh prosesinə verdiyi real və uzunmüddətli strateji yanaşmanı əks etdirir:

“Onun “xalqlarımızı sülhə hazırlamalıyıq” mesajı sülhün yalnız siyasi elitaların imzaladığı sənəd olmadığını, cəmiyyətlərin psixoloji və sosial mühitində köklü dəyişiklik tələb edən proses olduğunu göstərir. Hacıyev qeyd edir ki, Azərbaycan üçün müharibə bitib və Cənubi Qafqaz yeni geosiyasi mərhələyə keçmək imkanına malikdir. O, hökumətlər arasında artıq formalaşmağa başlayan etimadı müsbət addım kimi qiymətləndirir, amma sülhün gerçək dayanıqlılığı üçün xalqlar arasında qarşılıqlı inamın daha vacib olduğunu vurğulayır. Bu, həm də Ermənistanın daxili siyasi dairələrində mövcud olan radikal qüvvələrə ünvanlanan mühüm mesajdır.

Hacıyevdən ermənilərə mesaj: Qriqoryanla müzakirədə elan etdi - Hədəf bilindi
Züriyə Qarayeva 

Hacıyevin fikirləri regionun təhlükəsizlik arxitekturasının yenidən qurulması yönündə Bakının öz üzərinə məsuliyyət götürdüyünü göstərir. O, açıq şəkildə bildirir ki, Azərbaycan yalnız Ermənistan hökuməti ilə deyil, Ermənistan xalqı ilə də sülh imzalamaq niyyətindədir. Bu da gələcək nəsillərin münaqişəsiz mühitdə yaşamasına hesablanmış yanaşmadır. Hacıyev bunun çətin proses olduğunu etiraf edir, lakin uzun illər davam edən qarşıdurmanın yaratdığı yaraların yalnız davamlı siyasi iradə, iqtisadi əməkdaşlıq və regional inteqrasiya vasitəsilə sağala biləcəyini vurğulayır. Bu çıxış həm Vaşinqton razılaşmasının icrasına verilən əhəmiyyəti, həm də Azərbaycanın Cənubi Qafqazda baş verəcək dəyişikliklərin təşəbbüskarlarından biri olmağa davam etdiyini göstərir”.

Siyasi şərhçi Mütəllim Rəhimov isə deyib ki, Hikmət Hacıyevin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birgə panel müzakirəsində vurğuladığı əsas nüanslardan biri sülh danışıqlarının ikitərəfli təbiətidir:

“O, bu yanaşmanın prosesə effektiv təsir göstərdiyini bildirib. Bu bəyanat Azərbaycanın regionda yeni status-kvo qurmaq strategiyasını əks etdirir. İkinci Qarabağ Müharibəsindən sonra yaradılan reallıqlar indi hüquqi və legitim baza kimi təqdim olunur. Lakin H. Hacıyev “bəzən siyasi bəyanatlarda geriyə aparan elementlər”in müşahidə olunduğunu qeyd edib. Beləliklə Ermənistanın daxili siyasətində sərt bəyanatlara işarə edib. Bu, əslində Azərbaycanın sülhü etimad quruculuğu tədbirləri ilə dəstəkləmək istədiyini göstərir. Eyni zamanda prosesi zəiflədəcək addımlara qarşı xəbərdarlıq edir. Nəticədə Doha açıqlamalarına Azərbaycanın sülhə açıq, lakin onu zəiflədən münasibəti görmək istəmədiyini ifadə edən bir yanaşma kimi baxıla bilər.

Hikmət Hacıyev Cənubi Qafqazda sülhün yaranması və onun iqtisadi faydaları üçün beynəlxalq dəstəyə ehtiyac duyulduğunu vurğulayıb. O, layihənin bir hissəsinin artıq Azərbaycan tərəfindən həyata keçirildiyini qeyd edib. Zəngəzur dəhlizində nəzərdə tutulan işlərin görülməsinin ABŞ–Ermənistan əməkdaşlığı ilə bağlı olduğunu bildirib”.

Hacıyevdən ermənilərə mesaj: Qriqoryanla müzakirədə elan etdi - Hədəf bilindi
Mütəllim Rəhimov

Siyasi şərhçi qeyd edib ki, Zəngəzur dəhlizi sadəcə tranzit layihəsi deyil, Azərbaycanın Avropa–Türkiyə-Cənubi Qafqaz əlaqələrini gücləndirmək üçün strateji alətidir:

“Bu yol Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya etmək istəyini göstərir. Sözügedən yanaşmada Ermənistanın “seqment” kimi təqdim olunması ilə rolu məhdudlaşdırılır. Yəni regionda həm geosiyasi mövqeyinə, həm də oynadığı rola görə ölkəmizin lider olduğunu ortaya qoyur. Azərbaycan özünü regionun sabitlik mexanizminin açarı kimi görür. Bu da Rusiya və İran kimi rəqiblərin təsirini azaldır. Belə bir yanaşma ölkəmizi regionun iqtisadi mərkəzinə çevirə bilər. Lakin Ermənistanın daxilində müxalif qüvvələrin müqaviməti, xüsusilə dəhlizə qarşı etirazlar prosesi ləngidir.

Hikmət Hacıyevin Dohadakı açıqlamaları Azərbaycanın sülhü ədalətli və praktiki baza üzərində qurmaq istəyini açıq şəkildə göstərir. Bu, regionu destabil etmək istəyən və geriyə qaytarmağa çalışan elementlərə qarşı xəbərdarlıq kimi səslənir. Siyasi olaraq, bu çıxışlar Azərbaycanın güclü mövqeyini vurğulayır və Ermənistanın kənar himayəçilər axtarışına qarşı xatırlatma rolunu oynayır. Yəni rəsmi İrəvan razılaşmalara əməl etməlidir, kimlərəsə güvənib manevrlərə yol verməməlidir. Təbii ki, arzulanan uğur Ermənistanın daxili siyasətindən və beynəlxalq vasitəçilərin, xüsusilə ABŞ-ın rolundan asılıdır. Əgər proses davam edərsə, Cənubi Qafqaz rifah zonasına çevrilə bilər. Əks halda, yeni status-kvo yenə müharibə risklərini doğuracaq. Hacıyevin açıqlamalarını bu kontekstdə Azərbaycanın diplomatik üstünlüyünü təsdiqləyən, amma ehtiyatlı bir yanaşma kimi də qiymətləndirmək olar”.

Oxşarxəbərlər

Prezident müşavirə keçirdi – FOTOLAR
Manşet

Prezident müşavirə keçirdi – FOTOLAR

22/09/2026 12:05
964
TƏCİLİ! Bakı Konqres Mərkəzində güclü tüstülənmə baş verdi
Hadisə

TƏCİLİ! Bakı Konqres Mərkəzində güclü tüstülənmə baş verdi

22/09/2026 10:19
968
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum — yaralılar var
Dünya

TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum — yaralılar var

22/09/2026 09:42
967
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD
Manşet

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
960
İraqdan İranla bağlı qərar
Manşet

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
984
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü
Hadisə

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR

Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR

22/09/2026 12:35
963
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ: Sentyabrın 23-də nə baş verəcək?

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ: Sentyabrın 23-də nə baş verəcək?

22/09/2026 12:31
963
TƏBİB Maştağada yaralanan şəxslərlə bağlı MƏLUMAT YAYDI

TƏBİB Maştağada yaralanan şəxslərlə bağlı MƏLUMAT YAYDI

22/09/2026 12:22
956
Gözlənilən səfər BAŞ TUTDU – Pezeşkian ABŞ-a YOLA DÜŞDÜ

Gözlənilən səfər BAŞ TUTDU – Pezeşkian ABŞ-a YOLA DÜŞDÜ

22/09/2026 12:21
969

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
960

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.