Türkiyəli məşhur müğənni Güllünün qızı Tuğyan Ülkem Gülter və onun dostu Sultan Nur Ulu saxlanılıb.
Gündəm24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə, “Dunya.com” məlumat yayıb.
Məlumata görə, Ülkem Gülter və dostu Sultan Nur Ulu Yalova Cumhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində barələrində çıxarılan həbs qərarından sonra ölkədən qaçmağa cəhd edərkən saxlanılıblar.
Qeyd edək ki, 26 sentyabrda həyatını itirən müğənninin ölüm səbəbi hələ də araşdırılır. Şübhəlilər içində onun ailə üzvləri, xüsusilə də qızı Tuğyan Ülkəm Gülter də yer alır.














