Bazar ertəsi, Aprel 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xətaidə “Vətənə, xalqa həsr edilən şərəfli ömür” adlı tədbir keçirildi – FOTOLAR

11/12/2025 16:29
Gündəm
60 2
Xətaidə “Vətənə, xalqa həsr edilən şərəfli ömür” adlı tədbir keçirildi – FOTOLAR
79
Baxış sayı

Dekabrın 10-da Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Vətənə, xalqa həsr edilən şərəfli ömür” adlı tədbir keçirilib.

Gündəm24.az  bildirir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, YAP İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, millət vəkilləri Pərvanə Vəliyeva və Vüqar Rəhimzadə iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Xalqımızın Ümummilli Lideri, müstəqil və müasir Azərbaycanın memarı Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbir başlanıb.

Tədbiri giriş sözü ilə YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin dahi şəxsiyyət və dünya siyasət akademiyasının bilicilərindən olduğunu diqqətə çatdıran Ramil Mirzəyev Ulu Öndərin hələ ötən əsrin 70-ci illərində bu gün sürətlə inkişaf edən Azərbaycanın əsasını qoyduğunu qeyd edib. O, Ümummilli Liderin siyasi irsinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirildiyini qeyd edib. Ramil Mirzəyev bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Heydər Əliyevin dövlətçilik xəttinə və ölkəmizin müstəqil inkişaf strategiyasına olan böyük ehtiramın göstəricisidir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan sabitlik və inkişaf yolunun bu gün də ölkəmizi yeni zirvələrə apardığını bildirib. O, Xətai rayonunda həyata keçirilən sosial layihələr, abadlıq işləri və ictimai təşəbbüslərin Heydər Əliyev ideyalarına uyğun olaraq reallaşdırıldığını vurğulayıb.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında Heydər Əliyevin siyasi məktəbinin dövlət idarəçiliyi üçün misilsiz model olduğunu bildirib. O, Ümummilli Liderin həyat yolunun hər bir azərbaycanlı üçün əsl nümunə olduğunu qeyd edib. Əli Həsənov Ulu öndər Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi inkişafı, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışib. O qeyd edib ki, ötən illər ərzində Azərbaycanda böyük dəyişikliklər baş vermiş və ölkə sürətlə inkişaf etmişdir. Bu dəyişikliklərin kökündə dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və həmin strategiyanın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

YAP İdarə Heyətinin üzvü, millət vəkili Mixail Zabelin Heydər Əliyevin qlobal siyasətdə nüfuzundan, Azərbaycanı regional lider dövlətə çevirməklə bağlı gördüyü işlərdən danışıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc çıxışında Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi islahatların bu gün də hüquqi dövlət quruculuğunda əsas baza olduğunu vurğulayıb.

Milli Məclisin üzvü Pərvanə Vəliyeva Ulu Öndərin qadınların ictimai-siyasi fəallığının artırılmasında oynadığı rol haqqında danışıb.

Milli Məclisin üzvü Vüqar Rəhimzadə isə Heydər Əliyev siyasətinin informasiya cəmiyyətinin formalaşmasına, media mühitinin inkişafına və milli ideologiyanın möhkəmləndirilməsinə verdiyi töhfələri qeyd edib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin şərəfli və zəngin həyat yolunu, dövlətçiliyə xidmətlərini və müstəqil Azərbaycan naminə göstərdiyi fədakar fəaliyyətini əks etdirən filmin nümayişi ilə başa çatıb.

Şəkilin açıqlaması yoxdur.Bir platforma və mətn şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir Oval kabinet, platforma və mətn şəkili ola bilər

Xətaidə “Vətənə, xalqa həsr edilən şərəfli ömür” adlı tədbir keçirildi - FOTOLARŞəkilin açıqlaması yoxdur.Bir platforma və mətn şəkili ola bilərBir platforma və mətn şəkili ola bilərBir Oval kabinet, platforma və mətn şəkili ola bilərBir platforma və mətn şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir platforma və mətn şəkili ola bilərBir bir və ya daha çox şəxs, platforma və mətn şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Şəkilin açıqlaması yoxdur.

Oxşarxəbərlər

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”
Gündəm

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”

25/04/2026 15:35
60
XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya
Gündəm

XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya

24/04/2026 12:54
56
Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO
Gündəm

Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO

24/04/2026 10:33
56
Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO
Gündəm

Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO

24/04/2026 09:57
56
Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir
Gündəm

Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir

24/04/2026 07:46
58
TƏCİLİ! Sahil Babayevə yeni vəzifə verildi – FOTO
Gündəm

TƏCİLİ! Sahil Babayevə yeni vəzifə verildi – FOTO

23/04/2026 21:05
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zaur Kamalın efirinə icazə verilmədi

Zaur Kamalın efirinə icazə verilmədi

26/04/2026 11:21
59
Rusiyaya HÜCUM: Güclü yanğın BAŞ VERİB – GÖRÜNTÜLƏR

Rusiyaya HÜCUM: Güclü yanğın BAŞ VERİB – GÖRÜNTÜLƏR

26/04/2026 11:10
66
Evi olanların nəzərinə: Cərimələnə bilərsiniz

Evi olanların nəzərinə: Cərimələnə bilərsiniz

26/04/2026 10:58
68
Prezident Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

Prezident Ağ Evdəki atışma ilə bağlı paylaşım etdi

26/04/2026 10:49
75

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
78

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
68

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
78

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.