Bazar ertəsi, Aprel 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İrəvan bunu Moskvadan yox, Bakıdan alacaq: Tbilisi də “hə” dedi – 30 il sonra İLK

12/12/2025 13:39
Gündəm
60 4
İrəvan bunu Moskvadan yox, Bakıdan alacaq: Tbilisi də “hə” dedi – 30 il sonra İLK
81
Baxış sayı

Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının birdəfəlik pulsuz tranzitinə razılıq verib. Məlumata görə, ölkəmizdən Ermənistana neft məhsullarının ixracı ilə bağlı 28 noyabrda keçirilən delimitasiya və demarkasiya komissiyalarının iclasında bu barədə razılıq əldə olunub.

Beləliklə, Azərbaycan Ermənistanın neft təchizatçısına çevrilir? İrəvan Bakı vasitəsilə Moskvanın təsirindən çıxmağa nail ola bilərmi? Bu addım həm Azərbaycan, həm də Ermənistan üçün nə vəd edir?

Gündəm24.az  Globalinfo.az-a istinadla xəbər verir ki,  siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, Ermənistan avqust ayında Azərbaycanla Vaşinqtonda keçirilən görüşdən sonra sülh gündəliyi ilə bağlı “ev tapşırıqlarını” yerinə yetirməyə başlayıb:

“Baş nazir Nikol Paşinyanın Kirants sakinləri ilə söhbəti və sərhəddə silahsızlaşdırma təklifi, eləcə də xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumundakı çıxışında Cənubi Qafqazda sülh çağırışlarının intensivləşdiyini vurğulaması Ermənistan üçün sülhün prioritet olduğunu göstərir. Hazırda Ermənistanın gündəmində daha vacib məsələ yoxdur. Daxili siyasi gərginliklərə baxmayaraq, əsas istiqamət məhz sülhdür.

Sülh təkcə şifahi mesajlarla deyil, müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin güclənməsi ilə mümkün görünür. Məsələn, bir müddət əvvəl Qazaxıstan istehsalı olan məhsullar Azərbaycan üzərindən Ermənistana çatdırılırdı. İndi isə Azərbaycan neft məhsulları Gürcüstan vasitəsilə bu ölkəyə göndərilir. Bu, Ermənistanın son 30 ildə buraxdığı siyasi səhvlərin ardından son 5 ildə əldə etməyə çalışdığı imkanlardandır.

İrəvan bunu Moskvadan yox, Bakıdan alacaq: Tbilisi də "hə" dedi - 30 il sonra İLK
Elnur Ənvəroğlu 

Yaxın zamanda tərəflər arasında delimitasiya üzrə növbəti danışıqlar keçirildi, bu məsələ sülh prosesində prioritet sayılır. Ermənistan sərhədlərinin dəqiq müəyyən olunmasını və suverenliyinin tanınmasını istəyir. Bu istiqamətdə ortaq anlayış formalaşır.

Gürcüstanın dəstəyinə gəlincə, məqsəd Cənubi Qafqazda inkişaf və əməkdaşlığı gücləndirməkdir. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması həm regionu xarici təsirlərdən qoruyur, həm də təhlükəsizlik mühitinin möhkəmlənməsinə şərait yaradır. Gürcüstanın bu istiqamətdəki dəstəyi təqdirəlayiqdir”.

Oxşarxəbərlər

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”
Gündəm

Polkovnikdən TƏBİB sədrinə ŞOK SÖZLƏR – “Bunu təhqir hesab edirəm”

25/04/2026 15:35
60
XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya
Gündəm

XİN-dən İrəvanda Türkiyə bayrağının yandırılmasına reaksiya

24/04/2026 12:54
56
Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO
Gündəm

Ərdoğan göz yaşlarını saxlaya bilmədi – VİDEO

24/04/2026 10:33
56
Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO
Gündəm

Həbsdən çıxan cərrahdan Prezidentə müraciət – “Məhkəmə qanunsuz qərar qəbul etdi” – VİDEO

24/04/2026 09:57
56
Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir
Gündəm

Rusiya daha bir ölkə ilə müharibə ərəfəsindədir

24/04/2026 07:46
58
TƏCİLİ! Sahil Babayevə yeni vəzifə verildi – FOTO
Gündəm

TƏCİLİ! Sahil Babayevə yeni vəzifə verildi – FOTO

23/04/2026 21:05
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ötən həftə 48 nəfər xilas edilib, 9 meyit aşkarlanıb – RƏSMİ

Ötən həftə 48 nəfər xilas edilib, 9 meyit aşkarlanıb – RƏSMİ

27/04/2026 09:36
50
Azərbaycan elminə ağır itki

Azərbaycan elminə ağır itki

27/04/2026 08:38
50
Göy soğanın bilmədiyiniz faydaları

Göy soğanın bilmədiyiniz faydaları

27/04/2026 08:13
50
Bakıda külək güclənəcək

Bakıda külək güclənəcək

27/04/2026 07:54
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

Təcili: Danimarkada dəmir yolu faciəsi – yaralıların sayı artır

23/04/2026 09:30
78

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

Təcili: Hörmüzdə gərginlik pik həddə – tankerlər geri dönür

23/04/2026 09:19
68

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

Hörmüz boğazında GƏRGİNLİK: konteyner gəmisinə hücum

22/04/2026 10:24
78

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

SAKİNLƏR TƏHLÜKƏDƏ: dron zərbəsi ciddi fəsadlar yaratdı

22/04/2026 07:13
69

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.