Cümə axşamı, Fevral 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər – VİDEO

12/12/2025 10:39
Gündəm
41 1
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər – VİDEO
53
Baxış sayı

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

Gündəm24.az  xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Azərbaycanın dövlətçilik tarixində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xidmətləri bütöv bir epoxanı özündə ehtiva edir. Onun dahiyanə siyasi uzaqgörənliyi, dövlət quruculuğu sahəsində atdığı addımlar, müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən qərarları xalqımızın yaddaşında silinməz iz buraxıb. Ulu Öndərin hakimiyyəti illərində ölkəmizin sabitliyə qovuşması, iqtisadiyyatın dirçəldilməsi, ordu quruculuğunun möhkəmləndirilməsi Azərbaycanın gələcək yüksəlişini təmin edən əsas dayaqlara çevrildi.

Xalqımız ağır və taleyüklü dönəmlərdə Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını dərin minnətdarlıqla xatırlayır. Məhz onun rəhbərliyi illərində Azərbaycan qarşılaşdığı təhlükələrdən xilas oldu, milli özünüdərk gücləndi, müstəqilliyimizin əbədiliyi üçün möhkəm təməllər qoyuldu. Hər il dekabrın 12-də və mayın 10-da minlərlə insanın Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməsi xalqın dahi övladının xatirəsinə əbədi ehtiramının və sədaqətinin bariz ifadəsidir.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Qarabağın azad edilməsi idi. Onun bu arzusu illər sonra öz layiqli davamçısı tərəfindən həyata keçirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və əzmkarlığı nəticəsində Ordumuz tarixi Zəfər qazandı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa olundu, üçrəngli bayrağımız işğaldan azad edilmiş şəhər və kəndlərimizdə ucaldıldı.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü, həmçinin gələcəyə olan inamını əks etdirir. Azad olunan torpaqlarda yeni həyatın başlanması Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının davamlılığının və uğurla həyata keçirilməsinin göstəricisidir.

Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf yolu bu gün də ölkəmizin siyasi və iqtisadi tərəqqisinin əsasını təşkil edir. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırıb, ölkəmizi bölgədə mühüm tərəfdaş və güclü dövlətə çevirib. Dövlətimizin milli maraqlarının qətiyyətlə müdafiə olunması, təhlükəsizlik və inkişaf strategiyasının ardıcıl şəkildə davam etdirilməsi dahi Heydər Əliyev idealarının yaşayaraq inkişaf etdiyini göstərir.

Qəti şəkildə demək olar ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin ideyalarına daim sadiq olacaq, onun müəyyənləşdirdiyi inkişaf yolu ölkəmizi daha böyük uğurlara doğru aparmaqda davam edəcək.

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - VİDEO

Oxşarxəbərlər

Yeni sürət qatarı buradan keçəcək: evlər söküləcək – FOTOLAR
Gündəm

Yeni sürət qatarı buradan keçəcək: evlər söküləcək – FOTOLAR

26/02/2026 14:30
50
Bakıdan piyada yola düşən şəhid nəvəsi Xocalıya çatdı – FOTO
Gündəm

Bakıdan piyada yola düşən şəhid nəvəsi Xocalıya çatdı – FOTO

26/02/2026 14:05
55
Apteklərdə yoxlama: nöqsanlar aşkar edildi
Gündəm

Apteklərdə yoxlama: nöqsanlar aşkar edildi

26/02/2026 13:58
53
Xocalı qatillərinin rüsvayçı aqibəti… – FOTOLAR
Gündəm

Xocalı qatillərinin rüsvayçı aqibəti… – FOTOLAR

26/02/2026 13:49
58
Bakıdakı bu zolaq maraqla qarşılandı – FOTO
Gündəm

Bakıdakı bu zolaq maraqla qarşılandı – FOTO

26/02/2026 13:36
63
SN, TƏBİB və İTS işçi qrupu yaratdı: dəyişiklik olacaq
Gündəm

SN, TƏBİB və İTS işçi qrupu yaratdı: dəyişiklik olacaq

26/02/2026 13:17
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

26/02/2026 14:52
56
Yeni sürət qatarı buradan keçəcək: evlər söküləcək – FOTOLAR

Yeni sürət qatarı buradan keçəcək: evlər söküləcək – FOTOLAR

26/02/2026 14:30
50
Bakıdan piyada yola düşən şəhid nəvəsi Xocalıya çatdı – FOTO

Bakıdan piyada yola düşən şəhid nəvəsi Xocalıya çatdı – FOTO

26/02/2026 14:05
55
Polşada Pegasus skandalı: Keçmiş kəşfiyyat rəhbərləri ittiham olundu

Polşada Pegasus skandalı: Keçmiş kəşfiyyat rəhbərləri ittiham olundu

26/02/2026 14:00
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

Berlin-Pekin dialoqu: Ukrayna gündəmdə

26/02/2026 14:52
56

Polşada Pegasus skandalı: Keçmiş kəşfiyyat rəhbərləri ittiham olundu

Polşada Pegasus skandalı: Keçmiş kəşfiyyat rəhbərləri ittiham olundu

26/02/2026 14:00
51

Diplomatik kanallar açıq qalır: Rubio dialoq mesajı göndərdi

Diplomatik kanallar açıq qalır: Rubio dialoq mesajı göndərdi

26/02/2026 13:57
52

Klintonlar ifadə verməyə başlayır: Epşteyn araşdırmaları yenidən diqqət mərkəzində

Klintonlar ifadə verməyə başlayır: Epşteyn araşdırmaları yenidən diqqət mərkəzində

26/02/2026 13:46
52

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In