Çərşənbə axşamı, Oktyabr 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olundu: yeni kitab təqdim edildi, möhtəşəm sərgi açıldı

12/12/2025 14:49
Manşet, Qərbi Azərbaycan
825 35
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olundu: yeni kitab təqdim edildi, möhtəşəm sərgi açıldı
711
Paylaşım sayı
988
Baxış sayı

4 dekabr 2025-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin Səttar Bəhlulzadə zalında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, realist dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunan möhtəşəm tədbir keçirilib.

Yubiley çərçivəsində “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabının təqdimatı və “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” adlı sərginin açılış mərasimi baş tutub.

Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, tanınmış rəssamlar, sənətşünaslar, eləcə də mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Mərasim zalda bərqərar olmuş xüsusi atmosferlə — rəssamın məşhur “Bülbül və qızılgül” kompozisiyasının müasir interpretasiyası, bülbül səsi və gül ətrinin müşayiəti ilə başlayıb.

Tədbiri ilk olaraq Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış sözü ilə açaraq Azərbaycan təsviri sənət tarixində Mirzə Qədim İrəvaninin xüsusi yerini vurğulayıb.

Daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Gürcüstan Milli Muzeyinin direktor müavini Mixeil (Muxai) Sereteli və kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMİM-in Elmi-tədqiqat şöbəsinin müdiri Telman İbrahimli rəssamın irsi və sərginin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Təqdim olunan “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabı rəssamın həyatı, yaradıcılığı, dövrün mədəni mühiti və yeni elmi araşdırmaları əhatə edir. Kitab beş müəllifin — İrina Kaşaridze, Aytən Əhmədova, Şirin Məlikova, Nazim Mustafa və Telman İbrahimlinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.

Açılan sərgidə Mirzə Qədim İrəvaninin Azərbaycan və Gürcüstan muzeylərində qorunan gül və bülbül motivli əsərləri, “Fətəli şah”, “Qacar şahzadəsi Mah Tələt xanım”, “Qacar şahzadəsi Vəcihulla Mirzə” kimi məşhur portretləri, bədii tikmə və divar rəsmləri üçün hazırlanmış trafaretləri nümayiş olunur. Ekspozisiyanın ən diqqətçəkən hissələrindən biri vaxtilə İrəvanın memarlıq incisi sayılan Sərdar sarayının divarlarını bəzəmiş monumental rəngkarlıq nümunələrinin ekranda bərpası və təqdimatı olub.

Tədbirin sonunda “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirilib.

Qeyd edək ki, Mirzə Qədim İrəvani irsinin həm milli, həm də regional miqyasda yenidən dəyərləndirilməsi məqsədi daşıyan bu yubiley tədbiri Mirzə Qədim İrəvani irsinin geniş ictimai təqdimatı və sənət aləmində yenidən qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>.”>

Oxşarxəbərlər

Xalq artistinin son durumu AÇIQLANDI
CƏMİYYƏT

Xalq artistinin son durumu AÇIQLANDI

27/10/2026 12:44
956
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü – Foto
Hadisə

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü – Foto

27/10/2026 12:28
954
Azərbaycanda internet xidmətləri ilə bağlı YENİLİK
CƏMİYYƏT

Azərbaycanda internet xidmətləri ilə bağlı YENİLİK

27/10/2026 12:12
954
Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı yeni qərar
CƏMİYYƏT

Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı yeni qərar

27/10/2026 11:27
954
Milli Məclisin növbəti plenar iclası keçirilir
CƏMİYYƏT

Milli Məclisin növbəti plenar iclası keçirilir

27/10/2026 11:10
955
Bakıda söküntü işləri BAŞLADI — VİDEO
CƏMİYYƏT

Bakıda söküntü işləri BAŞLADI — VİDEO

27/10/2026 11:05
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Xalq artistinin son durumu AÇIQLANDI

Xalq artistinin son durumu AÇIQLANDI

27/10/2026 12:44
956
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü – Foto

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü – Foto

27/10/2026 12:28
954
Azərbaycanda internet xidmətləri ilə bağlı YENİLİK

Azərbaycanda internet xidmətləri ilə bağlı YENİLİK

27/10/2026 12:12
954
Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı yeni qərar

Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı yeni qərar

27/10/2026 11:27
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Zeytə kəndi – Dərələyəzin unudulmayan tarixi

Qərbi Azərbaycanın Zeytə kəndi – Dərələyəzin unudulmayan tarixi

27/10/2026 08:52
958

Sumqayıtda YAP-ın siyasi xətti, gənclər siyasəti və Qərbi Azərbaycan həqiqətləri müzakirə olunub-FOTOLAR

Sumqayıtda YAP-ın siyasi xətti, gənclər siyasəti və Qərbi Azərbaycan həqiqətləri müzakirə olunub-FOTOLAR

26/10/2026 13:56
1.1k

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

26/10/2026 08:41
960

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
995

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In