Çərşənbə, Aprel 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

FHN Yeni il bayramı ilə əlaqədar müraciət etdi – VİDEO

18/12/2025 12:02
Gündəm
59 3
FHN Yeni il bayramı ilə əlaqədar müraciət etdi – VİDEO
79
Baxış sayı

Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

Nazirlikdən Gündəm24.az-a verilən xəbərə görə, müraciətdə deyilir ki, yeni ilin gəlişi münasibətilə insanların ənənəvi olaraq küknar ağacı ətrafında kütləvi şəkildə toplaşaraq keçirdikləri tədbirlər həm də yanğın təhlükəsi yaradır: “Təəssüflə qeyd edək ki, bəzi vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması, yanğın təhlükəsizliyi ilə bağlı tələbləri yerinə yetirməməsi sonda əziz bayram günlərində insan sağlamlığı üçün təhlükə yaradan, əmlak və infrastruktura maddi ziyanın dəyməsi ilə nəticələnən, bəzən faciəyə çevrilən yanğınların baş verməsinə səbəb olur”.

Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən yeni il şənliklərinin keçirildiyi məkanların rəhbərlərinə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır:

Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

ağac tezalışan oyuncaqla bəzədilməməli;

qapalı məkanda atəşfəşanlıq edilməməli;

şənlik keçirilən məkanı tərk edərkən işıqlandırıcı cihazlar elektrik şəbəkəsindən ayrılmalıdır.

Həmçinin, bayram şənliklərinin təşkil olunduğu məkanlarda aşağıdakılar nəzərə alınmalıdır:

şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

pəncərədə dəmir barmaqlıq olmamalı;

məkanın iki çıxışı olmalı, ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi asılmalı;

ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;

təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;

otağın qapıları mütləq çıxışa doğru açılmalı;

məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

şənlikdə işıqlar tam söndürülməməli;

məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı;

bina və qurğulara, eləcə də yanğın hidrantlarına və su hovuzlarına sərbəst yaxınlaşma təmin edilməli, bu yerlərə gedən yollar nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə edilməməlidir.

Bildirilib ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır: “Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək tələb olunur.

Obyekt rəhbərləri yanğın təhükəsizliyinin təmin edilməsi sahəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər. Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir”.

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

Oxşarxəbərlər

Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı
Gündəm

Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı

29/04/2026 13:48
57
Məşhur polkovnik vəfat etdi
Gündəm

Məşhur polkovnik vəfat etdi

29/04/2026 09:46
58
Daha bir “tiktoker” həbs olundu
Gündəm

Daha bir “tiktoker” həbs olundu

28/04/2026 20:23
55
“ATV” və “ARB” birləşir? – RƏSMİ
Gündəm

“ATV” və “ARB” birləşir? – RƏSMİ

28/04/2026 11:00
61
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidində – FOTOLAR
Gündəm

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidində – FOTOLAR

28/04/2026 09:38
62
Ərəblər Bakıda evi küllüyə döndərdi – Biabırçı görüntülər – VİDEO
Gündəm

Ərəblər Bakıda evi küllüyə döndərdi – Biabırçı görüntülər – VİDEO

27/04/2026 12:35
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İranda silahlı hücum: 1 polis öldü, 3-ü yaralandı

İranda silahlı hücum: 1 polis öldü, 3-ü yaralandı

29/04/2026 15:17
56
Şəhər səmasında hava taksiləri: 2 saatlıq yolu 10 dəqiqəyə gedir – VİDEO

Şəhər səmasında hava taksiləri: 2 saatlıq yolu 10 dəqiqəyə gedir – VİDEO

29/04/2026 15:07
52
200 it yanaraq ÖLDÜ- QAN DONDURAN HADİSƏ

200 it yanaraq ÖLDÜ- QAN DONDURAN HADİSƏ

29/04/2026 15:06
55
İranda FACİƏ – Çox sayda ölən var

İranda FACİƏ – Çox sayda ölən var

29/04/2026 15:02
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
60

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
60

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
65

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

ŞOK: Pxenyandan Moskva mesajı – Kim Çen In geri çəkilmir

27/04/2026 08:10
59

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.