Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda mühüm iclas keçirildi – FOTOLAR

22/12/2025 17:57
İqtisadiyyat
885 9
Bakıda mühüm iclas keçirildi – FOTOLAR
740
Paylaşım sayı
1k
Baxış sayı

Bu gün Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.

Gündəm24.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, iclasdan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

Daha sonra Ə.Əsədov və C.Yılmazın həmsədrliyi və hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyinin iştirakı ilə Komissiyanın iclası olub.

İclasda qeyd olunub ki, Azərbaycanla Türkiyəni dərin tarixi və mədəni köklər üzərində qurulmuş möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir.

2021-ci il iyunun 15-də Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı tarixi Şuşa Bəyannaməsinin ikitərəfli münasibətləri müttəfiqliyin ən yüksək zirvəsinə qaldırdığı bildirilib.

Dövlət başçıları arasında mövcud olan şəxsi münasibətlərin və sıx təmasların strateji tərəfdaşlığın ardıcıl inkişafını təmin edən əsas amil olduğu bildirilib.

Təkcə bu il Prezidentlər arasında 7 qarşılıqlı səfərin baş tutduğu diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin 19 iyunda Türkiyəyə son səfəri zamanı Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasiminin keçirildiyi, Prezident Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etdiyi vurğulanıb. Bütün bunların siyasi dialoqun yüksək səviyyəsinin göstəricisi olduğu bildirilib.

Azərbaycan ilə Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan ənənəvi sıx əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

Türk Dövlətləri Təşkilatının hər iki ölkə üçün xüsusi əhəmiyyətə malik olduğu vurğulanaraq Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Türk dünyasının birliyi və TDT-nin beynəlxalq aləmdə nüfuzunun artırılması üçün əzmkar fəaliyyət göstərdikləri qeyd edilib.

Oktyabrda Qəbələdə TDT-nin 12-ci Zirvə Görüşünün baş tutduğu və sədrliyin Azərbaycana keçdiyi bildirilib, sədrliyimiz dövründə təşkilatın öz inkişafını davam etdirəcəyinə və nüfuzunu daha da artıracağına əminlik ifadə olunub.

Bu il TDT-də yeni formatın – Hökumət başçılarının/Vitse-prezidentin görüşünün yaradıldığı, Qırğızıstanda keçirilən ilk görüşdən sonra Azərbaycanın 2026-cı ildə növbəti iclasa ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

İqtisadi-ticari sahədə ikitərəfli əlaqələrə toxunularaq Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib. Bildirilib ki, hər iki ölkənin mövcud iqtisadi potensialı və coğrafi üstünlükləri ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real imkanların mövcud olduğunu göstərir.

Preferensial Ticarət Sazişinin nəticələrinin təhlil edilərək əhatə dairəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

İnvestisiya sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Azərbaycanla Türkiyənin birgə reallaşdırdıqları meqa enerji layihələrinin böyük regional və qlobal əhəmiyyət daşıdığı bildirilib.

Cənub Qaz Dəhlizinin strateji önəmi vurğulanaraq son aylarda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 14-ə çatdığı, onlardan 10-nun Avropa ölkəsi olduğu bildirilib.

Birgə səylərlə artıq Suriyaya qaz nəqlinə başlanıldığı, ilk dəfədir ki, Türkiyə ərazisindən keçməklə Azərbaycan qazının Yaxın Şərq regionuna çatdığı vurğulanıb.

Cari ilin mart ayında istismara verilən İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini gücləndirdiyi diqqətə çatdırılıb.

Elektrik enerjisi sahəsində də qarşılıqlı faydalı əməkdaşlığın qurulduğu bildirilərək bu gün Naxçıvan-Türkiyə enerji qovşağı layihəsi üzərində fəal işin aparıldığı qeyd edilib. Vurğulanıb ki, Naxçıvanın bərpa olunan enerji potensialından istifadə olunaraq Türkiyə və Avropa istiqamətində yaşıl enerjinin ixracı hədəflər sırasındadır.

Nəqliyyat sahəsi Azərbaycan-Türkiyə əməkdaşlığının prioritet istiqamətlərindən biri kimi dəyərləndirilib. İki ölkə arasında avtomobil və dəmir yolu nəqliyyatı ilə yük daşımaları sahəsində əməkdaşlığın gündəliyində duran aktual məsələlər müzakirə olunub.

Orta Dəhlizin mühüm halqası olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin ötən il Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırıldığı vurğulanıb. Ə.Əsədov BTQ dəmir yoluna əlavə yük axınlarının cəlb edilməsi üçün səylərin artırılmasının önəmini qeyd edib.

Orta Dəhlizin inkişafının hər iki ölkə üçün strateji əhəmiyyət kəsb etdiyi bildirilib.

Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi üzrə Vaşinqtonda əldə edilmiş razılaşmaların əhəmiyyəti qeyd olunub.

İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq Zəngəzur dəhlizinin Orta Dəhlizin əsas xəttinə çevriləcəyi vurğulanıb. Avqustda Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlinin qoyulmasının əhəmiyyəti qeyd edilib.

Azərbaycan və Türkiyənin həmçinin humanitar əlaqələrə böyük əhəmiyyət verdikləri bildirilib. Təhsil sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.

2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan Türkiyə–Azərbaycan Universiteti (TAU) təhsil sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsi kimi səciyyələndirilib.

Bu ilin sentyabrında Bakıda Türk Anadolu Liseyinin yeni filialının açılmasından məmnunluq ifadə olunub, növbəti tədris ilindən İstanbulda da Azərbaycan məktəbinin yaradılacağı diqqətə çatdırılıb.

Peşə təhsili sahəsində əməkdaşlığın nəticələri təqdir edilib, bu sahədə Türkiyənin təcrübəsinin ölkəmiz üçün faydalı olacağına ümidvarlıq ifadə olunub.

Eyni zamanda ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Ə.Əsədov Türkiyənin COP31-in ev sahibi seçilməsi münasibətilə C.Yılmaza təbriklərini çatdırıb, tədbirə hazırlıq prosesində Azərbaycanın qardaş ölkəyə hərtərəfli dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb.

İclasda hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.

Sonda Əli Əsədov və C.Yılmaz iclasın Protokolunu imzalayıblar və ikitərəfli əməkdaşlığın aktual sahələrini əhatə edən 110-bəndlik Fəaliyyət Planını təsdiqləyiblər.

15:24

Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilir.

Gündəm24.az bildirir ki, toplantıya Azərbaycan tərəfdən Baş nazir Əli Əsədov, Türkiyə tərəfdən Cevdet Yılmaz sədrlik edir.

İclasda iki ölkə prezidentləri tərəfindən müəyyən edilmiş 15 milyard dollarlıq ticarət hədəfi və ticarətin asanlaşdırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Bakıda mühüm iclas keçirildi - FOTOLAR

Bakıda mühüm iclas keçirildi - FOTOLAR

Bakıda mühüm iclas keçirildi - FOTOLAR

Bakıda mühüm iclas keçirildi - FOTOLAR Bakıda mühüm iclas keçirildi - FOTOLAR

Oxşarxəbərlər

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR
İqtisadiyyat

Qızılı olanlara ŞAD XƏBƏR: Böyük qazanc sizi GÖZLƏYİR- RƏQƏMLƏR

08/10/2026 11:52
953
BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA
İqtisadiyyat

BOKT-larda kredit faizləri niyə yüksəkdir? – Ekspertdən AÇIQLAMA

07/10/2026 16:00
953
Sizin evinizdə də qızıl varsa, pis xəbər
Manşet

Sizin evinizdə də qızıl varsa, pis xəbər

07/10/2026 14:39
963
Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü
İqtisadiyyat

Qızılın qiyməti 4 150 dollardan aşağı düşdü

06/10/2026 09:28
953
Bakıda şirkət ləğv edilir
İqtisadiyyat

Bakıda şirkət ləğv edilir

05/10/2026 22:32
958
Azərbaycanda bahalaşma gözlənilir?
İqtisadiyyat

Azərbaycanda bahalaşma gözlənilir?

05/10/2026 18:00
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rusiya səmasında xaos: Vnukovo da daxil olmaqla, 15-ə yaxın aeroport dayanıb

Rusiya səmasında xaos: Vnukovo da daxil olmaqla, 15-ə yaxın aeroport dayanıb

09/10/2026 11:12
951
Fərid Qayıbov və Ramin Məmmədov gənclərin tərbiyəsindən danışdılar – FOTOLAR

Fərid Qayıbov və Ramin Məmmədov gənclərin tərbiyəsindən danışdılar – FOTOLAR

09/10/2026 11:07
951
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

09/10/2026 11:03
952
TƏCİLİ: Pensiyaçılara hər 3 aydan bir 30 manat veriləcək? – AÇIQLAMA

TƏCİLİ: Pensiyaçılara hər 3 aydan bir 30 manat veriləcək? – AÇIQLAMA

09/10/2026 11:00
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
953

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
956

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
972

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.