“Yeni il gecəsi Xerson vilayətinin Xorli şəhərində uşaqlar da daxil olmaqla mülki şəxslərin ölümünə səbəb olan hücum xəbərləri bizi narahat edir ki, bu da beynəlxalq humanitar hüquqa riayət olunması ilə bağlı suallar doğurur”, – deyə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bildirib.
Gündəm24.az xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi 1 yanvarda Xerson vilayətinin Xorli kəndinə edilən hücumla bağlı təcili araşdırmaya çağırıb. Qurumun X platformasında yaydığı bəyanatda Yeni il gecəsi hücum nəticəsində uşaqlar da daxil olmaqla mülki şəxslərin həlak olması ilə bağlı məlumatların ciddi narahatlıq doğurduğu bildirilib. Bəyanatda hadisənin beynəlxalq humanitar hüquqa uyğunluğu ilə bağlı suallar yarandığı vurğulanaraq, qərəzsiz və effektiv istintaqın vacibliyi qeyd edilib.
Sədaqət Həsənova














