İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkənin ali rəhbəri Əli Xameneinin əlçatmaz olması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Gündəm24.az xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.
Qalibaf bu məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.
O, İsraillə 12 günlük müharibə zamanı Xameneinin həlak olanların yerinə dərhal yeni komandirlər təyin etdiyini və onlara şəxsən lazımi göstərişlər verdiyini bildirib.
Parlament sədri vurğulayıb ki, “İranın ali rəhbəri bütün proseslərə nəzarət edərək, ölkənin müdafiəsi və idarə olunmasında dəqiqliklə hərəkət edib”.
Xatırladaq ki, bir müddət öncə “Iran International” telekanalı Xameneinin ölkədəki son gərginliklər fonunda ailəsi ilə birlikdə Tehranın şimal-şərqində, Lavizan bölgəsində yerləşən hərbi-bunker kompleksində gizləndiyini açıqlayıb.
Mövlam RZALI,
Gündəm24.az













