Daha əvvəl Sergey Sobyanin meqapolisi hədəf alan 23 dron vurduğunu bildirmişdi
Gündəm24.az xəbər verir ki, Rusiya paytaxtının meri Sergey Sobyanin hava hücumundan müdafiə qüvvələrinin Moskvaya istiqamətlənən daha bir pilotsuz təyyarəni vurduğunu açıqlayıb. Onun sözlərinə görə, dron Müdafiə Nazirliyinin HHM sistemi tərəfindən məhv edilib, ilkin yardım qrupları dağıntıların düşdüyü ərazidə işləyir. Sobyanin daha əvvəl paytaxtı hədəf alan ümumilikdə 23 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini bildirmişdi.
Sədaqət Həsənova













